Oqtay Şəhriyarlı Şeirlər - Yaşamaq istəyirəm!

22, 04, 22
12:00

Oqtay Şəhriyarlı Şeirlər - Yaşamaq istəyirəm!


Təbiət vurğunu, məhəbbət vurğunu, bütün gözəllikləri özündə əks etdirən, insanlığın ən yüksək pilləsində dayanan və öz üzərində daima çalışan istedadlı, yaradıcı insan Oqtay Şəhriyarlı  1959-cu il mart ayının 13-də Azərbaycanımızın gözəl guşəsi olan Masallı rayonunun ən gözəl məkanı  güllü-çiçəkli Şəhriyar kəndində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir.

Oqtay Şəhriyarlı, elə məktəb illərindən həmişə şeir yazmış, şeirləri ara-sıra Masallı rayonunun "Çağırış" qəzetində çapdan çıxmışdır. O, 1972-ci ildə Şəhriyar kəndinə həsr etdiyi şeirində vətənə məhəbbətini, təbiətin gözəlliklərini tərənnüm etmişdir. Şeirin bir parçasında kənddə orta əsrlərdən qalan bir "Qala" haqqında məlumat vermişdir.

Yəqin ki, bu kənd əvvəllər şəhər kimi öz dövrının inkişaf etmiş şəhərləri sırasında olmuşdur.

Oqtay Şəhriyarlı 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl Qələm” mükafatı laureatıdır.  

Hal-hazırda Oqtay Şəhriyarlı Nefçıdır. “Şəhriyarda 8 ocaq”,  “Qocalır anam” və “Sönmüş ocaq” kitablarının müəllifidir.

 Yaşamaq istəyirəm!

Bu dünyanın dərdini mən daşıya bilmirəm,     
Bir otaqlı mənzildə mən yaşaya bilmirəm.     
Bu çətin zamandən baş da aça bilmirəm,     
Bax onda mən, ay Allah, yaşamaq istəmirəm!          

Günö-gündən çoxalır dərdi-qəmi olanlar,     
Baş götürüb gedibdi bu dünyanı yalanlar.     
Nə qədər dərd çəkəcək imkanı olmayanlar,     
Bax onda mən, ay  Allah, yaşamaq istəmirəm!          

O dünyanın dərdini bu dünyada çəkirəm,     
Dünya vəfasız şeydir bu dünyada qəribəm.     
Döz deyirlər dözürəm, elə bil ki, dəmirəm,     
Bax onda mən, ay Allah, yaşamaq istəmirəm!          

Qeyrətli oğulları dərdə-qəmə salanda,     
Mərdi qova-qova namərdlərə qatanda.     
Adamlarda insaf, mərhəmət olmayanda,     
Bax onda mən, ay Allah, yaşamaq istəmirəm!          

Ataların göz yaşın görmək istəmirəm mən,     
Oğulların ölməyin heç vaxt istəmirəm mən.     
Müharibə dərd-bəla görmək istəmirəm mən,     
Bax onda mən, ay Allah, yaşamaq istəmirəm!

 Neftçilərdir 

Bütün insanlardan cürətli olan,
Möcüzəsi ilə dünyanı heyrətə salan.
Ruzi-bərəkəti zəhmətdən alan,
Bu qeyrət timsallı neftçilərdir.

Yerin qatlarından xəbəri olan,
Gecə də, gündüz də yuxusuz qalan.
Halal zəhməti ilə eldə ucalan,
Bu qeyrət timsallı neftçilərdir.

Azərbaycan adlı diyarı olan,
Odlar diyarı tək tarixdə qalan.
Dənizin içindən nefti çıxaran,
Bu qeyrət timsallı neftçilərdir.

İşdə şücaətli, dildə hünərli,
Bəzən sevinc günlü, bəzən kədərli.
Zəhməti hamıya ürəkdən bəlli,
Bu qeyrət timsallı neftçilərdir.  

Bax, bir gön gələcək Azərbaycanı,
Nefti ilə tanıyacaq dünyada hamı.
Oqtay da alacaq ondan ilhamı,
Deyəcək bu qüdrət bax neftçilərdir.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın