Halal adı altında HARAMÇILIQ: “Veysəloğlu” Bizə nə yedirdir - VİDEO

08, 04, 22
12:00

Halal adı altında HARAMÇILIQ: “Veysəloğlu” Bizə nə yedirdir - VİDEO


Bu məhsullar  milllətimizin genefondunu  məhv edir...

“Halal” adı altında satılan kolbasa və sosiskalara nələr qatılmır..? 


Hamımıza məlumdur ki, Azərbaycan kolbasa, sosiskaya olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir. 

Yəni  ölkəmizdə  kolbasa, sosiska istehsal edən şirkətlərlə yanaşı, biz Rusiyadan, Polşadan, Ukraynadan və digər ölkələrdən  kolbasa məhsulları  idxal edirik. 

Neçə ildir  insanlarımızı düşündürən bir sual var:

Əgər yediyimiz kolbasa və sosiska  ətdən hazırlanırsa, niyə ətdən çox ucuz qiymətə satılır..? 

Əslində haqlı sualdır. 

İnsanlarda  ciddi şübhə var ki, kolbasa və sosiskaların tərkibində ətdən başqa  nə desən var. 

Ya da  10-15  faiz  ət qataraq  keyfiyyətsiz kolbasa və  sosiska  istehsal edərək  istehlakçılara satırlar. 

Başqa  ciddi  şübhələr də var. 

Neçə illərdir ki, Leş Tofiq kimi tanınan  şəxslər  rayonlarda ölmüş at, eşşək, heyvan leşlərini  gətirib Bakıda təzə ət adı ilə ucuz qiymətə dönərxanalara, kolbasa sexlərinə verirlər. 

Bunu bütün ölkə bilir. Dəfələrlə Leş Tofiq kimilər həbs olunsa da qısa müddət sonra azadlığa çıxıb yenə əməllərini davam etdirirlər. 

Yəni  ölkəmizdə satılan kolbasa və sosiskalara ya cüzi ət qatılır, ya da mənşəyi bəlli olmayan ətdən istifadə olunur. 

Bəli, daxili  istehsalda ciddi  problemlər var. 

Bəs görəsən xaricdən aldığımız  kolbasa və sosiska məhsulları necədir..? 

Ekspertlərin dediyinə görə, Azərbaycana gətirilmiş kolbasa məmulatlarının içərisində demək olar ki, ətdən başqa hər şey var. Bu kolbasalarda süni ət, soya unu, sümük unu (Azərbaycanda heyvanların sümüyü atılır, Rusiyada sümüklər una çevrilib, kolbasalara qatılır) donuz və müxtəlif heyvanların dərisi, heyvanların tullantısı hesab edilən bütün elementlər kolbasa və sosiskalara vurulur. Xaricdən gətirilən bu kolbasaların etiketlənməsi çox yaxşı olur, rəngi-dadı öz yerində olur. Onlara çox sayda dadlandırıcı, rəngləndirici və qoxu verən maddələr vurulur. 

İndi gördünüzmü,  yediyimiz kolbasa və sosiskalar nə gündədir..? 

Amma bir məsələni də xüsusi olaraq qeyd edək. 

Xarici ölkədən aldığımız  keyfiyyətsiz kolbasa və sosiskanı həmin ölkədə vətəndaşa sata bilməzsən. 

Yəni bizim ölkəyə kolbasa  gətirən şirkətlərimiz gedib həmin ölkədə kolbasa və sosiskanın tərkibi ilə bağlı “zakaz” verirlər. 
İndi bildinizmi problem nədir..? 

Oxucu üçün maraqlı olar deyə, onu da qeyd edək ki, bəzi ölkələrdə, ümumiyyətlə,  kolbasa və sosiska  istehsalı qadağan olunub. 
Yeri gəlmişkən,  Azərbaycanda  kolbasa istehsalında Hindistandan gətirilmiş  keyfiyyətsiz  ətlərdən də geniş istifadə edilir. 

Əslində  kolbasa və  sosiskanın tərkibində  50 fazi ət olmalıdır. 

Amma Aydın Talıbovun sahibi olduğu  “Veysəloğlu”  şirkətlər  qrupuna məxsus  olan “Araz”  və “Oba”  marketlərində satılan kolbasa və sosiskaların tərkibində heç 10 faiz ət yoxdur. 

Hələ bunlar azmış kimi,  Veysəloğlu  “Halal”  kolbasa və sosiska  reklamı adı altında az qala  millətimizin genefondunu məhv edir. 
Bəli, “Halal” etiketi ilə istehsal edilən kolbasa və sosiska məhsulları da var. 

Görəsən, bu məhsullara halallıq sertifikatını kim və necə verib..? 

Bəli,  "Veysəloğlu” Şirkətlər Qrupunun əsas partnyor şirkətlərindən olan "Halal Dad” MMC-nin məhsullarının  halallığı  alıcılar tərəfindən ciddi  şübhə ilə qarşılanır. 

Görəsən, Veysəl müəllimin oğlu bilmir ki, Bismillah deməklə  kolbasa  istehsal etmək halallıq demək deyil. 

Peyğəmbər əfəndimiz  əbəs yerə demirdi ki, biz yediklərimizin cəmiyik. 

Yəni yediklərimiz   bizim həyatımızı, sağlamlığımızı  müəyyən edir. 

Adı  halal olub, ancaq mənşəyi bəlli olmayan məhsullarla  millətin gələcyini məhv etmək ən böyük cinayətdir. 

Həm də Aydın Talıbovun  nəzərinə bir məsələni də çatdırmaq istəyirik ki,  halallıq  çox geniş anlayışdır. Bu anlayışı  təkcə kolbasa və sosiska ilə bağlamaq gülüncdür. 

Məsələn, vergidən  yayınmaq,  yaxud işçilərin haqqını yemək ən böyük  haramçılıqdır. 

P.S.  Yeri gəlmişkən,  son günlər  Rusiya-Ukrayna müharibəsi səbəbindən  ölkəmizin kolbasa, sosiska və servelat bazarında ciddi problemlər ortaya çıxdığı  bəlli olub.

Xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından da istifadə olunmuşdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Gundelik-baku.com)


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın