Zelenskinin Buçadan verdiyi açıqlamadan əsas çıxarışlar - VİDEO

05, 04, 22
11:00

Zelenskinin Buçadan verdiyi açıqlamadan əsas çıxarışlar - VİDEO


 "Buçada baş verənlər soyqırım kimi qiymətləndirilməlidir" Zelenski əminliklə qeyd edib.  

"Mən Avropanın cinayətkarları cəzalandırması üçün nəyinsə əskik olduğunu hesab etmirəm. İnsanlar öldürülüb, minlərlə sübutlar var. Biz mümkün qədər avropa ictimaiyyətinə təzyiq göstərəcəyik, cinayətkarların öz cəzasını alması üçün gərəkli addımlar atılsın"  

"Əgər biz sivil çıxış yolu tapmasaq, bizim xalqımızı bilirsiniz, onlar digər yollarla  çıxış yolu tapacaqlar”- deyə Zelinski əlavə edib.  

Rusiya Federasiyası ilə aparılan danışıqlara əsasən.  

Zelenski deyir ki, Rusiya Federasiyası görüş prosesini nə qədər gecikdirsə, bu, onlar üçün və müharibənin gedişatı üçün bir o qədər pis olacaq. "Onların etdiklərini görəndə danışmaq çox çətindir" Eyni zamanda, o, Rusiya ilə danışıqları dayandırmaq niyyətində deyil.

Merkelə müraciət haqqında. Zelenski hesab edir ki, Merkel 2008-ci ildə Ukraynanın NATO-ya daxil olması məsələsinin asılı olduğu aparıcı ölkələr sırasında olub, ona görə də müraciətində onun adını xüsusi qeyd edib.  

"Onlar gəlib Rusiya Federasiyası ilə flört etməyin nəyə gətirib çıxardığını görməlidirlər".

Gələcək haqqında.  Ukraynanı sülh istəyir.  "Biz sülhə çalışırıq, biz buna layiqik, bunu Ukrayna xalqı və Ukrayna Silahlı Qüvvələri göstərdi. Sülh qələbəsiz ola bilməz".


AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın