Bakıda 16 dərəcə isti olacaq

03, 04, 22
18:00

Bakıda 16 dərəcə isti olacaq


Milli Hidrometeorologiya Xidməti aprelin 4-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz  14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi şimal rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 9-14° isti, gündüz  22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz  12-17° isti olacaq.   

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın