“Novruz öncəsi yeni qiymət artımı dalğası ola bilər“ - İqtisadçıdan proqnoz

26, 02, 22
21:00

“Novruz öncəsi yeni qiymət artımı dalğası ola bilər“ - İqtisadçıdan proqnoz


Hər dəfə bayram ərəfəsində qiymət artımları müşahidə olunur. Xüsusən də Novruz bayramı ərəfəsində bir çox məhsullar bahalaşır.

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, ərzaq məhsullarının qiymətlər artımı daha da sürətlənə bilər:

“Azərbaycanda illərdir həm Yeni il, həm də Novruz bayramı ərəfəsində qiymətlərdə nəzərəçarpacaq dərəcədə artım müşahidə olunurdu. Ötən il kəskin inflyasiya rəqəmlərini və qiymət artımlarını nəzərə alsaq, bu il həmin problemlərin hələ də həll olunmadığını görərik. Son hadisələrlə logistika və ticarət dövriyyəsi çətinləşdiyindən ərzaq məhsullarının qiymətlərinin artımı daha da sürətlənə bilər”.

Ekspertin sözlərinə görə, Novruz bayramı ərəfəsində bahalaşmanın yeni dalğası mümükündür:

“Novruz öncəsi yeni qiymət artımı dalğası ola bilər. Süni qiymət artımı anlayışını mən də qəbul etmirəm. Bununla bağlı ictimaiyyətə çıxışlarımda da deyirəm. Rəqabətli mühit olan yerdə süni qiymət artımı ola bilməz. Əgər süni qiymət anlayışı varsa, bu, topdansatış ticarətinə aiddir. Pərakəndə ticarətdə mümkün deyil”.

N.Cəfərli qeyd edib ki, pərakəndə ticarət obyektləri bir-biri ilə sözləşib qiymət qaldıra bilməzlər:

“Əgər topdansatış və ölkəyə mal gətirən barmaqla sayılacaq iri şirkətlərdə belə hallar varsa, bununla bağlı hökümət müvafiq tədbirlər görməlidir. Azərbaycanda tənizmlənən qiymət anlayışı ancaq Tarif Şurası tərəfindən tənizmlənən qiymətlərə aiddir. Ticarət qanunvericiliklə tənzimlənmir. Bahalaşmanı süni qiymət artımı kimi dəyərləndirirəmsə, o zaman iri şirkətlər arasında sövdələşmə oduğunu sübut etmək lazımdır. Bu dövlət orqanlarının borcudur. Onlar araşdırma aparmalıdır”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın