Bakıda güclü duman var - FOTO

Manşet / Hava
 21-02-2022, 10:00     252


Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda güclü duman müşahidə olunur. 

Hava şəraitinin pisləşməsi yollarda sürücülərin görmə məsafəsini məhdudlaşdırır. Hazırda paytaxrtın əksər küçə və prispektlərində avtomobillərin sıxlığı müşahidə olunur.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ötən gün bu haqda xəbərdarlıq yaymışdı.

Xidmətdən bildirilmişdi ki, Bakı-Quba, Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Şəki-Qax-Zaqatala, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Yevlax-Xocalı-Laçın, Ağdam-Füzuli-Horadiz, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq. 

AZƏRBAYCANREALLIĞI.COM