"Xahiş edirəm KİV-ə məlumat verin ki, əhali aldadılmasın" - "Baku Electronics"dən şikayət...

20, 02, 22
15:00

"Xahiş edirəm KİV-ə məlumat verin ki, əhali aldadılmasın" - "Baku Electronics"dən şikayət...


“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri cənab Eyyub Hüseynova 
Osmanov Şamil Saib oğlu tərəfindən                                                                                                                                                                                                                                                                                                                                                                                   ƏRİZƏ 

Mən 31 dekabr 2021-ci ilində Baku Electronics Azadlıq filialından (Bakı ş., Binəqədi rayonu, Ə. Naxçıvani küç. 3066) ünvanında yerləşən mağazadan, uşaq üçün smart saatı aldım  qiyməti 99 manat. 
 
01 fevral 2022-ci ildə saatın işləmədiyini aşkar etdim. Əvvəlcə SİM kartda problem olduğunu düşündüm və NAR mobil operatoruna müraciət edərək SİM kartı yoxladılar və SİM kartın qaydasında olduğunu təsdiq etdilər. Sonra imei.az saytında smart saatın IMEI nömrəsini yoxladım və aşkar olundu ki, daxil etdiyim IMEI nömrə qeydiyyata ayrılmış vaxt 01.02.2022-ci il tarixində bitib. Qeydiyyatan keçirilməyib. Cihazın istifadəsi məhdudlaşdırılıb.03 fevral 2022-ci il tarixində Baku Electronics Azadlıq filialına müraciyyət etdim, bildirdim ki smart saatı tam istifadə edə bilmirəm səbəb IMEI nömrəsi qeydiyyatdan keçirilməyib. Məni dinlədi Fizuli adinda menecer-kordinator. Sonra mənim şəxsiyyət vəsiqəmi, alqı-satqı qəbzi, zəmanət talonun şəklini mobil telefonuna çəkdi, və dedi ki: -“Narahat olmayın 3-4 gündən sonra uşağınız saatı istifadə edə biləcək”.09 fevral 2022-ci il tarixində yenidən üz tutdum Baku Electronics Azadlıq filialına, bildirdimki saatın IMEI kodunu açmamısız, smart saatı istifadə edə bilmirik. Menecer-kordinator (adını bilmədim) yenidən mənim şəxsiyyət vəsiqəmi, alqı-satqı qəbzi, zəmanət talonun şəklini mobil telefonuna çəkdi, və dedi ki: -“ 24 saatdan sonra IMEI nömrəsi qeydiyyatan keçəcək saatı istifadə edə biləcəksiniz”.12 fevral 2022-ci il  tarixində yenidən üz tutdum Baku Electronics Azadlıq filialına, Menecer-kordinator (adını bilmədim) söylədi ki, iddianızla bağlı bütün sənədlər məşğul olan şöbəyə göndərilib, gözləməyimi xahiş etdi.
 
14 fevral 2022-ci il tarixində yenidən üz tutdum Baku Electronics Azadlıq filialına Fizuli adinda menecer-kordinator məni qarşladı və təəccübləndi ki niyə indiyə qədər IMEI nömrə qeydiyyatan keçməyib. Mən onların malın (uşaq üçün smart saat) qaytarmaq istədiyimi və pulumun geri qaytarılmağını soylədim. Məndən ərizə yazmağımı istədilər, ərizə forması verdilər. Ərizədə, saatdan istifadə edə bilməyəcəyimi, dəfələrlə IMEI nömrəsini qeydiyyatan keçirtməsi ilə bağlı onların mağazasına müraciət etdiyimi, malın qaytarmaq istədiyimi və pulumun geri qaytarılmağını qeyd etdim. Ərizəmi qəbul etdilər, dedilər ki, 2..3 gün ərzində ərizəmə baxılacaq və mənimlə əlaqə saxlayacaqlar.  Bu gun 18 fevral 2022-ci ildir, mənimlə Baku Electronics mağazadan heç kim mənimlə əlaqə saxlamayıb.
 
Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz, satış şəbəkəsinə inamım tam itdiyi üçün saat qaytarılsın, ödədiyim 99 AZN mənə verilsin  və bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz ki, əhali aldadılmasın.
 
Əlaqə telefonu (070) 8030982 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın