“Orada heç kim döyülməyib, sadəcə deyiblər, çəkiliş aparmayın” - DİN

18, 02, 22
16:00

“Orada heç kim döyülməyib, sadəcə deyiblər, çəkiliş aparmayın” - DİN


Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Nərimanov Rayon Polis İdarəsinin ərazisində polislər tərəfindən şiddətə məruz qaldıqlarını iddia ediblər.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov KİV-in sorğusuna cavab olaraq bu iddialara cavab verib.

“Onlar Nərimanov Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, həmin şəxslərə xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.

Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər”, - DİN rəsmisi qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın