Qusarın da öz Mehdiyevi VAR İMİŞ - Sakinlərdən MÜRACİƏT

14, 02, 22
17:00

Qusarın da öz Mehdiyevi VAR İMİŞ - Sakinlərdən MÜRACİƏT


"Bu gün ölkəni "Ramiz Mehdiyev, İSTEFA VER" nidaları bürüyüb. Biz qusarlıların da öz şüarı var: "Şair Alxasov, İSTEFA VER..." Bizim də Ramiz Mehdiyevimiz Şair Alxasovdur". Bu sözlər qusarlılar adından edilən mürciətdə yer alıb.

Daha sonra Qusar sakinlərinin təələblərində bildirilir:

"Şair Alxasov hər zaman Ramiz Mehdiyevin adamı kimi tanınıb və onun əmrlərinə tabe olub. Ramiz Mehdiyevin isə dövlət siyasətinə qarşı getdiyi, AMEA-da dövlətə problemlər yarada biləcəyi və yaxud da artıq yaratdığı deyilir.

Biz qusarlılar da Ramiz Mehdiyevlə yanaşı, onun Qusardakı baş emissarı olan Şair Alxasovdan şübhəliyik, onun xalqa yox, öz maraqlarına işləməsi səbəbindən istefasını tələb edirik.

Cənab Prezident, Şair Alxasovu Qusara ona görə təyin edib ki, o, xalqa işləsin. Əgər bu gün Şair Alxasovun bütün fəaliyyəti xalqa qarşı yönəlibsə, onunla bağlı da tədbir görülməlidir".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın