Ağdamın icra başçısı haqda ilginc iddialar - Karxana biznesinin başında yaxın qohumu Əhliman İmanov dayanır"

08, 02, 22
09:03

Ağdamın icra başçısı haqda ilginc iddialar - Karxana biznesinin başında yaxın qohumu Əhliman İmanov dayanır"


Ağdamın icra başçısı Vaqif Həsənov Qarqar çayının Ağdam rayon Əfətli və Yusifcanlı kəndləri arasından keçən hissəsində qanunsuz karxana işlədir. Bu barədə sosial şəbəkədə yayılmış məlumatda bildirilir.

Qeyd edək ki, bir çox icra başçılarının davamlı olaraq “hakimiyyətləri” altında olan rayonların təbii sərvətlərini talamaları heç də yeni xəbər deyil. Əksinə bu, Azərbaycanda ənənə halın almış bir vəziyyətdir. Yeni ya da köhnə komandaya aid olmalarından asılı olmayaraq, hər hansı bir rayona təyinat alan icra başçısı ilk olaraq həmin rayonun təbii sərvətini talan etməyə başlayır və icra başçıları “biznes sahəsibdə ilk addımlarını” da bu sahədə atırlar.

Çox təəssüf ki, milli sərvətlərimizi qorumaqla vəzifəli olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarələri də başçların bu talanına göz yumurlar. Və onları da elə də qınamaq olmur. Çünki müstəqillik illərinin ilk illərindən formalaşan bir ənənə daha var və bu ənənə “icra başçısı rayonun Allahıdır”, deyiminə dayanır. Yəni icra başçısının bu talanına sinə gərən hansısa bir ETSN işçisinin həmin rayonda vəzifədə qalması imkansız bir şeydir...

Keçək Vaqif Həsənovun karxana biznesinə. Sosial şəbəkədə yayılan məlumatda bildirilir ki, başçının karxana biznesinin başında yaxın qohumu Əhliman İmanov dayanır. Elə həmin Əhliman İmanov Quzanlı qəsəbəsində qanunsuz istismar etdiyi karxananın qum və çınqılından tamet istehsal edir. Əhliman İmanov həmçinin Vaqif Həsənovun Bakının müxtəlif rayonlarındakı obyektlərini də idarə edir. Bunlaraa Badamdar qəsəbəsindəki kafe də aiddir. (PİA.AZ) 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın