Ucarda `Aqroservis" sədri NARAZILIQ YARADIR

07, 02, 22
13:30

Ucarda `Aqroservis" sədri NARAZILIQ YARADIR


Ucar rayonu Yuxarı Şilayn kənd sakini Əhmədov Behbud Abbas oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. 

"Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elmin Rəhmanov vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlət idarəsini özəl təşkilata döndərmişdir.

Mən 2014-cü il tarixdən "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Ucar Filialından komabynı lizinq yolu ilə götürüb işlətmişəm.Heç bir qanun pozuntusuna yol vermədən şərlərə uyğun işləmişəm.

"SAMPO" markalı kambaynı qanunu sənədlərələ liznq yolu ilə götürüb istifadə edib ailəmi dolandırırdım. Xəstələndiyim üçün müalicə olunacağımı bildirib həmin kombaynı ərizə yazdırıb məndən təhvil aldılar. Müalicə olunub sağalıb işə qayıtmaq istəyəndə mənə məlum oldu ki, kombaynı qanunsuz olaraq başqa şəxsə veriblər.Hansı ki, həmin kombaynı mən özüm işlətməliyəm təmirinə pul xərcləmişəm. Mənim kimi təcrübəli, qabaqcıl mexanizatorun işdən uzaqlaşdırlıması kənd təsərrüfatına ziyan vurulması deməkdir.Mən bu barədə "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elmin Rəhmanova ərizələrlə müraciət etdim.Heç bir cavab verilmədiyi üçün 24 yanvar 2022-ci il tarixdə onun şəxsən qəbuluna düşmək üçün Bakı şəhərinə idarəyə getdim. Həmin vaxt sədr Elmin Rəhmanov orada olsada məni qəbul etməmək üçün idarədə olmadığını köməkçi vasitəsi ilə mənə çatdırdı.

Elmin Rəhmanov idarəyə rəhbər təyin olunandan sonra burada qanunsuzluq özbaşınalıq baş alıb gedir.


Dövlətin ayrıdığı pullar talan edilir.Elə bu səbəbdəndir ki, taxıl yığımı vaxtı insanların məhsulu zəmilərdə batır tərg olur, Azərbaycan iqtisadiyyatına küllü miqdarda ziyanlar dəyir.

Qeyd edim ki, şikayətlər etdiyim üçün mənimlə pirinsp aparılır.Bu səbəbdəndə mənim xəstələnməyimdən, müalicəyə getməyimdən və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənim istifadəmdə olan kombaynı əlimdən belə qanunsuz yolla alıb başqasına veriblər.

Həmçinin Ucar Aqroservizində çilingər vəzifəsini icra edən olsada pambıqyığan kombaynı 1 aydan çox müddətə mənə təmir etdirdilər ancaq pulumu vermədilər.Belə yollarla Elmin Rəhmanovun yerlərdə rəhbər işçiləri talançılıqla məşğul olurlar.O, isə ona görə göz yumur ki, talançılıqla əldə olunan pulun yüksək faizi ona çatır.

Mən 1984-cü il tarixdən kombayn sürürüəm. Peşəkar kombayn sürücüsüyəm, pambıq, taxıl yığımında yüksək göstəricilərə nail olmuşam.İşimdə heç vaxt nöqsana yol verməmişəm. Ucar "Aqroservis"-dən 2014-cü il tarixdə lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirəm.

Mənim atam Abbas Əhmədov sovetlər dönəmində qabaqcıl mexanizator olub deyə onu buna görə təltif ediblər. Ona qırımızı diplom verilib.Sovet dönəmində mexanizatorların yarışnasının qalıbi olub. Biz alın təri ilə zəhmətlə işləyib çörəyimizi qazanmışıq.

Yeganə oğlum Rafiq Əhmədov Vətən müharibəsində Tərtərin Suqovşan qəsəbəsi, Talışkənd kəndi və Ağdərənin azadlığı uğurunda gedən döyüşlərdə Müdafiə Nazirliyinin 708 saylı hərbi hissənin tərkibində qəhrəmancasına vuruşub.Mən buna görə fəxr edirəm.

Biz vətəni, əməyi sevən zəhmətkeş insanlarıq.Torpağı qorumağa mənim oğlum kimi qəhrəmanlar getməkidir, dövlətin vəsaitini isə Elmin Rəhmanov kimi neqativ ünsürlər talan etməlidr.Hətda pambıq yığan kombaynı mənə təmir etdirib başqasına verdilər.Hansı ki, təmir üçün pul xərcləsəmdə özümə ödəmədilər.Belə saxtakarlıqda, özbaşınalıqda Elmin Rəhmanov artıq peşəkar olub.

Elmin Rəhmanov kimi yaramaz öz şəxsi mənafeyinə görə kənd təsərrüfatına küllü miqdarda ziyanlar vururlar.Onun fəaliyyəti obyektiv araşdırılarsa bu fakt təsdiqini tapacaq.Zərurət var ki, Elmin Rəhmanovun iş fəaliyyəti obyektiv təftiş edilib qanunu tədbirlər görülsün.

Sizdən xahiş edirəm "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elmin Rəhmanov fəaliyyətini obyektiv təftiş edib, barəsində ciddi tədbirlər görəsiniz əlimdən qanunsuz yolla alınmış kombaynımı özümə qaytarılmasını təmin edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın