Tanınmış jurnalistlər Əvəz Zeynallı və Zaur Qəriboğlundan Cavanşir Feyziyevə sərt cavab!

06, 02, 22
14:00

Tanınmış jurnalistlər Əvəz Zeynallı və Zaur Qəriboğlundan Cavanşir Feyziyevə sərt cavab!


Xəbər verdiyimiz kimi, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Maraqlıdır ki, C.Feyziyev məsələ ilə bağlı səhəri gün müsahibə verərək məlumatı təsdiqləsə də, dünən sosial şəbəkə hesabından yeni bir açıqlama yayıb. 

C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib. Tanınmış jurnalistər Xural TV-nin rəhbəri Əvəz Zeynallı və Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu deputat Cavanşir Feyziyevə sərt cavab veribər. "Azərbaycan Reallığı" jurnaistlərin sözü gedən cavabın təqdim edir.

Əvəz Zeynallı

“Cavanşir Feyziyev adlı bir təyinatlı deputat genindən gələn əxlaqın və gördüyü tərbiyənin səviyyəsinə uyğun olaraq Azərbaycanın dəyərli jurnalistlərinin gözünə məni də qataraq əl tulalarının saytlarında yazı dərc etdirib. Bu adam Milli Məclisdə təmsil oluna bilməz. Cavabım və cavabımız çox, amma çox sərt olacaq. Dostlar narahat olmasın, onlarla, yüzlərlə mesaj alıram – gözünüz Xural TV-də olsun!”
 
Zaur Qəriboğlu

Cavanşir Feyziyev adlı məxluqa “oğrunun, casusun, işverənin, şərəfsizin” kim olduğunu göstərəcəyik! Məni Kürdəxanıya göndərmək istəyir, özünün Kürdəxanıda belələri üçün nəzərdə tutulan “xataları”ndan sorağı gələcək! (Bilənlər bildi, kimlər üçün nəzərdə tutulan yeri dedim). Mətbuat Şurasıyla isə ayrıca, danışacağıq, belələrini idarə heyətində saxladığına görə! Sən bitdin, Feyziyev! Sözün əsl mənasında bitdin!” 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın