SƏFƏR MEHDİYEVİN HƏBS ETDİRDİYİ GÖMRÜKÇÜYƏ HAQSIZLIQ – MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT…

05, 02, 22
22:00

SƏFƏR MEHDİYEVİN HƏBS ETDİRDİYİ GÖMRÜKÇÜYƏ HAQSIZLIQ – MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT…


“Oğlum məntəqə tipli müəssisəyə əsassız yerə köçürülmədiyi üçün aclıq aksiyasına başlayıb”. Bunu həbsdə olan gömrükçü, polkovnik-leytenant Natiq İmanovin anası Aygün İmanova bildirib. Onun sözlərinə görə, ötən ilin martında da oğlu ona qarşı qərəzli münasibətə etiraz olaraq 44 gün aclıq etmişdi. Ancaq səlahiyyət sahibləri heç bir tədbir görməmişdilər. Elə buna görə təkcə oğlumun deyil, ailəsinin, iki azyaşlı balasının da hüquqları pozulub. Belə ki, qərəzli şəxslərin kənar müdaxiləsi ilə həyat yoldaşı işdən azad edilib. Bununla bağlı bütün müraciətlərimə baxmayaraq, heç bir addım atılmayıb”.

Məhbus anası deyib ki, İmanovun məntəqə tipli müəssisəyə köçürülməsi üçün Ədliyyə Nazirliyinə Ombudsman aparatına, Milli Məclisə teleqramlar vurub, vəzifəli şəxslərin qəbulunda olub, lakin vəd verməklə məşğuldurlar. Mən Mehriban xanıma üz tuturam, oğlumdan, onun ailəsindən nə istəyirlər? Niyə vəzifəli şəxslər bu haqsızlığa imkan yaradır? Natiqin ailəsi işsiz qalıb, uşaqları yeməkdən məhrum olub deyə o da həbsdə aclıq edir. Mən dövlətdən kömək istəyirəm”.

Qeyd edək ki, İmanov özü gömrük şefi Səfər Mehdiyevin sifarişi ilə həbs edildiyini bildirib. (TİA.Az) 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın