"Sumqayıt İcra Hakimiyyəti "baxarıq" deyib yola verir" - Qəhrəman Qazi

03, 02, 22
15:00

"Sumqayıt İcra Hakimiyyəti "baxarıq" deyib yola verir" - Qəhrəman Qazi


2 fevral Azərbaycanda gənclər günü kimi qeyd olunur. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlanıb.

Azərbaycanda bu il gənclər günü digər illərdəkindən fərqi duyğularla qarşılanır. Çünki 44 günlük Vətən Müharibəsi Azərbaycan gəncinin günü, qüdrətini, əzmini, vətən, torpaq sevgisini bütün dünyaya hayqırıb. Bu barədə bizimyol.info məlumat yayıb. 

Biz də gənclər günü münasibəti ilə müharibədə yaşadıqları ilə yaddalara iş buraxmış, “bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm” sözləri ilə ürəklərə cığır açmış, 18 yaşında ikən sağlamlığını itirmiş gənc qazi Fərid Nəsibovla əlaqə saxladıq. Müharibədən sonrakı həyatı, fəaliiyyəti, səhhəti ilə maraqlandıq. 

- Salam, Fərid. Necəsən?

- Salam. Şükür yaxşı olmağa çalışıram.

- Müharibədən sonra səhhətində ciddi problemlər var idi. İndi necəsən? Ağrıların azalıb?

- Bir xeyli yaxşılaşmışam. Amma mənim vəziyyətim elədir ki, hər an dəyişir. Gələn ay yenə xəstəxanada yatmalıyam. Bağırsaqlarımın yerinə kapron qoyulduğu üçün mənim səhhətimin tam yaxşı olmağı, düzəlməyim çətindir…(susur)

- Anan əvvəllər deyirdi ki, gecələr yata bilmirsən. İndi yuxuların necədir?

- Yuxularım hələ də çox pisdir. Normal yatıb-dura bilmirəm. Gecələr həmin kabusları görürəm. Yerimdən qışqırıb atılıram. Bir sözlə, yuxu mənə haram olub.

- Psixoloji vəziyyətin nə yerdədir?
 

- Düzü, psixoloji vəziyyətim əvvəlkindən də pisdir. Çox əsəbi olmuşam. Heç cür özümü cilovlaya bilmirəm. Hər şeyə ani reaksiya verirəm, qışqırıam, əsəbləşirəm.

- Dəstək almırsan? Ümumiyyətlə, dövlət qurumları, yerli icra orqanları səninlə maraqlanırlarmı?

- Düzünü desəm, xalqımızdan çox razıyam. Həmişə maraqlanırlar, soruşurlar, hörmət edirlər. Lakin dövlət qurumları haqqında bunu deməzdim. Çünki yaşadığım Sumqayıt şəhər İcra Hakimiyyətidən müharibə vaxtı bir dəfə gəliblər. Ondan sonra nə zəng vuran olub, nə də gələn. Hətta özüm bir dəfə iş üçün müraciət etmişəm. Amma baxarıq deyib, yola veriblər. Sonradan nə səs çıxıb, nə soraq. Özüm iş tapa bilmirəm. Əvvəllər sağlam gənc oğlan idim. Nə iş olsa işləyirdim. İndi isə gənc olsam da, sağlamlığım əldən gedib...
Zakir Fərəcov
Zakir Fərəcov

- Bəs ailəni maddi ehtiyaclarını kim qarşılayır?

- Biz ailədə 3 qardaşıq, bir də anamızdır.Böyük qardaşım hərbçi işləyir. Kiçik qardaşım isə hələ məktəblidir. Ailəyə əsas böyük qardaşım baxır. Bir də mənim təqaüdümlə dolanırıq. Açığı işsiz olmağım çox pis təsir edir mənə. Bu yaşımda kimdənsə asılı olmaq istəmirəm. Özümə, səhhətimə uyğun iş tapılb, işləmək istəyirəm.

- Bu qədər çətinliklər çəkmisən və çəkməkdə davam edirsən. İndiki hadisələrdən sonra yenidən əvvələ qayıtsan, müharibədə iştirak edərdinmi?

- Əlbəttə ki, öz sağlamlığımı itirə bilərəm. Amma torpaqlarımızı qaytarmaqla neçə-neçə yaşlı, torpaq həsrəti ilə ürəkləri çırpınan insana can vermişik. (Bizimyol.info)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın