Ziya Məmmədovun adamı niyə medianı öz əlində cəmləyir – Saytları satın alan Elnur Abdullayev kimdir?

18, 01, 22
10:00

Ziya Məmmədovun adamı niyə medianı öz əlində cəmləyir – Saytları satın alan Elnur Abdullayev kimdir?


Bir müddət əvvəl, hələ Əli Məhəmmədəli oğlu Həsənov media sahəsini kurasiya edəndə cənab Prezidentin bir çıxışı oldu. Həmin çıxışda ölkə başçısı bəzi məmurların media vasitəsilə şantaj olunmasına açıq işarə etdi. Bir az sonra isə Prezident ölkədəki ideoloji işin bərbad olduğunu söylədi.

Əslində bu sözlərin kimə ünvanlandığı gözəl məlumuydu. Ancaq həmin vaxt vəzifə başında olan Əli Həsənov kurasiyasında olan media vasitəsilə diqqəti özündən yayındırmağa cəhd etdi. Belə təəssurat yaradıldı ki, sanki Prezident bu sözləri mediaya və ideoloji işə cavabdeh olan şəxsə deyil, başqa adamların ünvanına söyləyirmiş.

Qısa müddətdən sonra Əli Həsənov vəzifəsindən azad olundu. İşdən çıxarılma yalnız Əli Həsənovun şəxsinə şamil olunmadı. Onun özünə yaxın adamlar kimi ətrafına yığdığı və sözün əsl mənasında media bazarlığı ilə məşğul olan şəxslərin hamısı oyundankənar vəziyyətə salındı. Çünki Əli Həsənovun rəhbərlik etdiyi İctimai Siyasi Şöbə tamamilə ləğv edilib, tarixin arxivinə göndərildi.

Sonrakı dönəmdə yazılan materiallardan biz Əli Həsənovun zamanında media adı ilə hansı səviyyədə manipulyasiya olunduğu barədə özümüzdə aydın təsəvvür formalaşdıra bildik. Bunları təsadüfən xatırlatmıram. Demək istədiyim odur ki, Əli Həsənovun dönəmində viran qoyulan media mühitində indi də tamamilə başqa adamlar söz sahibi olmağa çalışır. Bu istiqamətdə apardığım araşdırmalar məni dərindən təəccübləndirdi.

Maraqlıdır ki, media kimi kəsərli bir silah hazırda bu sahəyə heç bir aidiyyəti olmayan Elnur Abdullayev adlı adamın əlində cəmləşdirilir. Əvvəl bu suala cavab tapaq: Elnur Abdullayev kimdir və onun aparıcı saytları satın almaqda hansı marağı ola bilər? Bu şəxsin Ziya Məmmədovun dönəmində ” Nəqliyyatın İtellektual İdarəetmə Sistemi” və “Dövlət Avtomobil Nəqliyyat Xidməti” kimi mühüm və gəlirli postla rəhbərlik edib.

Hətta Elnur Abdullayevin eks nazirlə yaxın qohumluq əlaqəsinin olduğu deyilir. Vəzifədən uzaqlaşandan sonra Elnur Abdullayevin səsi-sorağı Türkiyədən gəldi. Məlum oldu ki, Azərbaycanın sərmayəsi ilə orada “Haber Global” adlı bir televizya kanalı açılır və onun da başında məhz deyilən adam durur. Türkiyə böyük ölkədir, orada televiziya bazarına yeni yaradılan media qurumunu salmaq üçün 3-5 milyon yox, 100 milyonlarla vəsait lazımdır.

Təbiidir ki, belə vəsaiti Azərbaycanda heç kim uğur vəd etməyən boş layihəyə ödəməzdi. Bir il fəaliyyəti ərzində sözügedən televiziyanın Türkiyə kanallarının reytinq göstəricilərində autsayderlər sırasında olduğunu görürük. Deməli, bu nəticəyə gəlirik ki, “Haber Global” daha çox vəsait əldə edib mənimsəmək üçün üfürülmüş şardan başqa nəsə deyildi.

Həmin televiziyanın ən böyük “uğuru” Azərbaycana aid olan xəbərlərin məhz sosial şəbəkələrin Azərbaycana aid seqmentində paylaşaması olur. Elnur Abdullayev telekanal adı ilə özünə maliyyə axınını həll edəndən sonra, telekanalın başına ciddi media təcrübəsi olmayan və cəmi 3 illik media fəaliyyətinə görə Əli Həsənov tərəfindən mənzillə mükafatlandırılan Məmməd Gülməmmədov adlı şəxsi gətirdi.

Sonrakı dönəmə diqqət edək. Azərbaycanda nisbətən İP-si çox olan saytlara qarmaq atıldı. Onlarla aparılan danışıqların məzmunu beləydi ki, saytlar 51-49 faiz pay bölgüsü ilə satılır Elnur Abdullayevin özünün kurasiyasında olan şirkətə. Bu minvalla Azərbaycanda bir çox saytlar satın alınaraq Elnur Abdullayevin kurasiyasına keçib.

Yəni faktiki olaraq həmin saytların sahibi 51 faizlik payla Elnur Abdullayevdir. Sözügedən qəbildən olan saytlara hər ay 7-8 min civarında pul verilir. Yəni faktiki olaraq saytlarını satan adamlar Elnur Abdullayevlə Məmməd Gülməmmədovun işçisi rolundadırlar. Bu saytların dərin analizi göstərir ki, orada digər vacib dövləti maraqlardan daha çox İP və yaxın çevrə maraqları daha çox güdülür.

Məsələn, nurçu qalmaqalı ilə siyasi proseslərdən təcrid olunan şəxslərlə bağlı həmin saytlarda bir dənə də olsun tənqidi material getmir. Əksinə, həmin adamların yenidən reabilitasiyası üçün ciddi bir rəy formalaşdırmağa çalışılır. Müstəqilliyini itirərək zifləyən saytlara isə saxta trafik “pripiskaları” etməklə kimlərinsə qabağınbda hesabatın verildiyi açıq sezilir.

Həmin cameəyə aid olan bəzi saytların analizi həm də onu deməyə əsas verir ki, bu cür media nümunələrindən Elnur Abdullayev və komadası daha çox özülərinə yaxın olan məmurların mühavizəsi, əks-qütbdə olanların isə “vurulması” üçün də məharətlə yararlıanırlar. Demək istədiyim budur ki, Əli Həsənovun dönəmində viran qoyulan media siyasətini, indi naşı Elnur Abdullayevin ümidinə buraxmaq olmaz.

Dövlət babanın məhz bu prosesləri ciddi nəzarətə götürməsi lazımdır.

Yaxın günlərdə Elnur Abdullayevin kurasiyasında olan saytların hansı qiymətə satın alındığı ilə bağlı konkret rəqəmləri də yazacam. Həmçinin bu alverdə maliyyəni verən şirkətə hansı fırıldağın gəlindiyinə toxunacam və həmin şirkətin adını da bildirəcəm.

Görüm, hansısa sayt bu yazını verə biləcəkmi? Mediada elə xof yaradıblar ki, sanki Elnur Abdullayev və onun media adı ilə çıxardığı biznes “tryuklarından” yazan adam məhvə məhkum ola bilər. Mən bilirəm ki, bunların hamısı boş “şirmadan” başqa nəzə deyil. Çox maraqlıdır həmin saytlar Ziya Məmmədovun talançılığından niyə bir cümlə də olsun yazmırlar?

Samir Adigözəlli,

İSBAM sədri

Boyukmillet.com saytının baş direktoru

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın