Həlak olan hərbçimiz 600-dən çox bal toplayıbmış

17, 01, 22
22:00

Həlak olan hərbçimiz 600-dən çox bal toplayıbmış


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının ciddi şəkildə pozulması nəticəsində həlak olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, C. Məmmədli əslən Şəki şəhərindəndir.

Cavidan Məmmədli qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq universitetlərdən birinə qəbul olub. O, iyul ayında hərbi xidmətdən geri dönəcəkmiş.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın