Saxta müxalifətin "qəhrəman" Əliləri
Saxta müxalifətin "qəhrəman" Əliləri
Azərbaycanın daxili siyasi gündəmi kifayət qədər zəngindir. Beləki, iqtidar ikinci Qarabağ müharibəsinin qələbəsini əlində bayraq tutaraq başqa aləmdə yaşayır. Müxalifət isə ölkədəki sosial iqtisadi problemlərdən başlayaraq , bütün sahələrdəki çatışmazlıq və hüquqsuzluqdan durmadan danışır.
Digər tərəfdən cəmiyyətdə müzakirə olunan əsas mövzulardan biridə Əliyev hökumətinə həqiqi müxalifət kimdir?
Bu sualın cavabı bir növ Azərbaycanda suların durulmasını təmin edəcək kimi görsənir. Saxta müxalifətçini tanımaq üçün zəngin biliyə ehtiyac yoxdur. Hər kəsə məlumdur ki, siyasi partiyalarımızın böyük əksəriyyəti fərdlər üzərində qurulmuşdur. Partiya sədrlərinin kimliyi yəni keçmişi və bu günü həmin təşkilatın hansı yuvanın quşu olduğunu göstərir .
Ölkədə fəaliyyət göstərən partiyalardan biridə VİP adlanır. VİP sədri Əli Əliyev bu günlərdə sərhəd qoşunları zabitlərinin iddiası əsasında beş ay müddətinə həbs edildi. Biz kimsənin haqsız həbs edilməsini arzu etmirik. Allah Əli bəyin qapsın açsın. Biz xalqı aldadan, saxta müxalifətçilik edən şəxslərin kimliyini cəmiyyətə göstərməyə çalışırıq. Ümumiyyətlə Əli Əliyevin son illərdəki siyasi fəaliyyəti onun nə qədər saxtakar olduğunu açıq - aşkar göstərir.
Əli Əliyev niyə həbs edildi?
Azərbaycan insanı haqsızlığa düçar olmuşun dərdinə şərik olur, əzabkeşi sevir . Onu bağrına basır öz qəhramanına çevrir. Xalqımızın bu mərd xarakterini iqtidarda çox gözəl bilir. Bunun üçündə Əliyev hökuməti öz müxalifətini ustalıqla müəyyən edir. Əli Əliyevdə elə buna görə həbs edilib. Həbs edilib ki , qəhrəman olsun. Bəlkədə artıq Əli Əliyev qəhrəmanlığın mübarək demək olar.
Əli Əliyev
Azərbaycanda siyasi sistem iqtidarlı müxalifətli bir yerdə dəyişməlidir. Yeniliyi qəbul etməyən. Həbslə gündəmdə qalan siyasət alverçiləri naftalin iyi verir.
Son zamanlar aktivləşmiş Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun özünü və fəaliyyətini də hesaba qatsaq, bölgə faktoruna da nəzər yetirsək, düşüncələr bunu söyləməyədə əsas verir.
Eyni zamanda Əli İnsanov cəmiyyət və siyasi sektor tərəfindən həzm olunmur. Əli Kərimli isə onun bu vəziyyətindən istifadə edib "böyük balıq" kimi baxdığı İnsanova çəngəl atsa da, o da qurdluğundan Kərimlinin toruna düşmür. Qurd olsa da, İnsanovun yaşlı olması, onu proseslərin önünə yox arxasına çəkir. Belə məqamda ona "tarpeda" siyasətçi gərəklidir ki, bu da Əli Əliyev ola bilər.
Belə ki, Tükənmiş Əli Kərimli İnsanovun tələblərinə afekvat olmadığına görə, uzlaşma effekti olmadığına görə nisbətən Əli Əliyevin uyğunluğu yaranır.
Əli İnsanov
Başqa bir məqamda isə düşüncələr ona köklənir ki, bəlkə Azərbaycanda yenidən inqilab etmək eşqinə düşmüş benanxalq təşklatlar yenə var və bu oyunlar elə yenə onların oyunlarıdır?
Eyni zamanda onu da müşahidə edirik ki, Əli Əliyev həbs olunmamışdan əvvəl Əli Kərimli, Cəmil Həsənli və.s bunlar kimi adlarını müxalifət lideri qoymuş şəxsləri, nəyinki tənqid, hətta təhqir etməkdən çəkinməyib. Hətta sifariş partiya MCP sədri Razi Nurullayevi də "AM-CP" adlandıraraq kəskin tənqid və təhqir etmişdi.
Bir sözlə Əli Əliyev kor qılıncını çəkib çatdı-çatmadı, kəsdi-kəsmədi hərəyə bir zərbə endirməklə tarana gedən bir siyasətçiyə çevrilmişdi. Güman olunur ki, məqsədi aktual olmaq, "mübariz lider" obrazı yaratmaq olmuşdur.
İran mollaları ilə Əli Əliyevin görüşü gözlənilməz olaraq hamını xəyal qırıqlığına uğratdı.
Bəzi kütləvi informasiya vasitələrinin yazdığı kimi Soros Fonduda ölkədə hansısa dəşikliklərin həyata keçilirləməsi üçün maraqlı və ideal şəxs axtarışında olub. Lakin görünın odur ki, bir çox MDB ölkəsində inqlab meyllərini alovlandıran Soros Fondu və Avropanın QHT-ləri də ölkədə yeni lider kimi Əli Əliyevin ortaya çıxmasına maraq göstərsə də İran macəralarına görə onlarda geri çəkiliblər.
Əli Kərimli
Bütün tarixcəyə baxanda böyük ehtimalla hakimiyyətin içindəki qrupların marağı Əli Əliyev üzərində daha açıq şəkildə gözə çarpan və diqqəti cəlb edən olmuşdur.
Xatırlayırsınızsa Əli Əliyev bir müddət öncə saxlanıldığı zaman sosial şəbəkə istfadəçiləri və siyasi şəxslər bunu hakimiyyət qüvvələrinin bir qolunun oyunu kimi və Əli Əliyevin Azərbaycanda yeni müxalifət lideri kimi cəmiyyətə və xalqa sıranılmasından yazırdılar. Əsildə xalqın gözü tərəzdir, niyə məhz Əli bəyi xalqın gözündə bir nömrəli parformansa çevirmişdilər deyə durmadan düşünürdülər.
Ancaq bütün ataşdırmalardan sonra son olaraq qənaətə gəlmək olur ki, Əli Əliyev proyekt olmağa çalışan zavallı bir siyasətçidir. Allah ağıl versin! Allah qapısın açsın!
AZƏRBAYCANREALLIĞI.COM