Naxçıvanda “Xan”ın BAŞI DƏRDDƏ - bank yoxlamalarında ikinci dalğa

Manşet / Region
 7-01-2022, 16:30     162


Naxçıvanda bank yoxlamalarında ikinci dalğaya start verilib. DİA.AZ ovqat.com-a istinadən xəbər verir ki, ikinci bank yoxlamaları “Rabitəbank” üzərindən həyata keçirir.

Bildirilir ki, “Rabitəbank”ın audit qrupu artıq Naxçıvandadır və bankın Muxtar Respublikadakı filialında ciddi yoxlamalara başlayıb. Yoxlamalar tam məxfi aparıldığından auditin gəldiyi nəticələr barədə hər hansı dəqiq məlumat əldə etmək mümkün deyil. Bununla belə, ciddi maliyyə fırıldaqlarının, Muxtar Respublikada iqtisadiyyatın inkişafı üçün ayrılan pulların müxtəlif offşor hesablarına transferlərinin təsbit olunacağı istisna edilmir.

İddialara görə, Naxçıvanın inkişafına ayrılan yüz milyonlarla dollarlıq vəsaitlər zorla iş adamlarına verilib və bunun müqabilində onlardan 40% “şapka” alınıb. Daha sonra kredit alan iş adamlarının qarşısında süni maneələr yaradılaraq işlərinin səmərəli inkişaf etdirilməsinə imkan verilməyib. Beləcə, iş adamları çökdürülüb və onların əmlakı müsadirə olunub. Nəticədə, Naxçıvanın iş adamlarına verilən kredirlər zərərli aktivlərə çevrilib. Müxtəlif yollarla ələ keçirilən vəsaitlər isə Gürcüstan, BƏƏ, Belarus kimi ölkələrdəki “xan” müəssisələrinə yatırılıb. Maliyyə əməliyyatlarının hamısı isə pulun mənbəyinin məxfi tutulması məqsədilə müxtəlif offşor hesabları üzərindən aparılıb.

Qeyd edək ki, Azərbaycan maliyyə qurumlarının prokurorluq orqanları ilə birlikdə apardıqları bu yoxlama ilk belə hadisə deyil. Bundan əvvəl “Kapitalbank”ın zərərli aktivlərinin də auditi aparılmış və ciddi maxinasiyalar ortaya çıxarılmışdı. Növbəti mərhələdə isə "Beynəlxlaqbank" və "Azərtürkbank" filiallarında eyni yoxlamaların aparılması gözlənilir. İddialara inansaq, Naxçıvandakı bütün banklarında yoxlamalar tamamlandıqdan sonra qalmaqallı məhkəmə prosesləri başlayacaq.

Təsadüfi deyil ki, yoxlamaların ağır nəticələrindən çəkinən “xənadanlıq” mənsubları öz əmlaklarını baha qiymətə və zorla iri məmurlara satmağa çalışırlar. Təklif edilən mülkləri almamaq Muxtar Respublikada “xan” həzrətlərinin inayətinə qarşı nankorluq sayılır və nankorluğu ağır cəzalar gözləyir. Bu səbəbdən də “xanlıq” rejiminin iri məmurları heç bir bazarlığa getmədən onlara təklif edilən mülkləri dərhal almağa və “Cənab Sədrin” ünvanına ağızdolusu mədhiyyələr deməlidirlər. Əks halda onların bütün əmlakları müsadirə edilə və özləri Naxçıvan MR DİN-nin zirzəmisində nazir əvəzi Rəşad İsmayılovun şəxsən qonağı ola bilərlər. 

AZƏRBAYCANREALLIĞI.COM