Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: Yanvarın 2-də...

30, 12, 21
20:00

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: Yanvarın 2-də...


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 2-si gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s, 3-də isə şimal-qərb küləyinin 15-20 m/s, gecə və səhər arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Yanvarın 2-də bəzi rayonlarda cənub-qərb küləyinin 3-ü şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın