Qəbələdə vətəndaşı İNCİDƏN KİMDİR? - Prezidentə müraciət olundu

25, 12, 21
17:00

Qəbələdə vətəndaşı İNCİDƏN KİMDİR? - Prezidentə müraciət olundu

Qəbələ rayonu, Tikanlı kəndində yaşayan şəhid ailəsi Bayramov Ayaz Ağanməd oğlu tərəfindən ğlkə rəhbərliyinə şikayət ünvanlanıb.


"Xatırladım ki, mən hazırda 6 nəfərlik ailəmlə və eyni zamanda 3 bacımla – (cəmi 9 baş olmaqla) birlikdə 50 ildir ki, Qəbələ rayonun Tikanlı kəndindəki ata yurdu olan, 4 sot paqda yerləşən 4 sot tor3 otaqlı köhnə və təmirsiz fərdi evimdə yaşayıram. Bir neçə il əvvəl rəhmətə getmiş atam Ağəmməd Bayramov evimizin və həyətyanı torpağımızın çox darısqal olduğunu nəzərə alaraq, yəni evdə 2 oğlu və 3 qızının eyni zamanda 3 nəvəsinin yaşadığı köhnə evdə heç bir şərait olmadığına görə 1997-ci ildə “Şahdağ” Aqrqar İslahat Komissiyasına ərizə ilə müraciət edərək 0.2 ha həyətyanı torpaq sahəsinin verilməsini xahiş etmişdir. Yerli Aqrar İslahat Komisiyası da ərizəyə müsbət cavab vermiş, faktiki vəziyyəti yerində yoxladıqdan sonra atama bir şəhid ailəsi kimi yaşadığımız kəndin yaxınlığında 700 metrdə yerləşən, lakin qonşu Qəbələ rayonun Bum kəndi ərazisinə düşən bağ sahəsindən həyətyanı torpaq kimi 0.2 ha sahə qanuni formada ayrılmışdır. Biz həmin torpaq sahəsinin kənarını bərkitmiş, daxilini daşlardan təmizləmiş,ağac əkmiş və ev tikmək üçün normaya salmışıq. Lakin çox təəssüflər olsun ki, həmin ərazi 2000-ci ildən sonra yerli Bum Bələdiyyəsinə ərazi kimi aid olmuşdur. Lakin yerli bələdiyyə həmin bizim ailəyə ayrılan torpaq sahəsinin biz şəhid ailəsinə sənədləşməsinə müxtəlif bəhanələrlə imkan verməmişdir. Son illərdə isə daha qabağa gedərək özbaşına bizim razılığımız olmadan həmin bizə verilmiş ərazini kənar fiziki şəxslərə dəflərlə arxa tarixlə satmaq istəmişdir. Lakin biləndəki bu kənarı bərkidilmiş ərazi 1997-ci ildən biz şəhid ailəsinə verilmişdir, o zaman sakinlər verdikləri rüşvəti bələdiyyədən geri alaraq getmişlər. Xatırlatmaq yerinə düşər ki, hazırda bizim yaşadığımız Tikanlı kəndi hər iki tərəfdən çay vadisilə əhatə olunduğundan bələdiyyənin fondunda torpaq sahəsi yoxdur.

Budur, atam sağlığında dəfələrlə yerli DTXK-nin Qəbələ rayon şöbəsinə rəsmi müraciətlər edərək ona verilmiş həmin 0.2 ha torpaq sahəsinin mülkiyyət sənədini almaq istəmişdir. Lakin qurum hər dəfə 16 mart 2007-ci ildə verdiyi rəsmi cavabda qeyd edir ki, “ Yaxın vaxtlarda Sizin tələb etdiyiniz sahənin mülkiyyət hüququna dair şəhadətnaməsi hazırlanaraq Sizə təqdim ediləcəkdir”. Lakin illər keçsə də rəhmətlik atam bu dəstəyə rüşvət vermədiyi üçün onu illər uzunu süründürməçiliyə salmışlar. Nəhayət son müraciətimə bu ilin 16 iyununda Əmlak Məslələri DK-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti rəisinin müavini Elşad Məmmədovun məntqsiz və əsassız cavabını aldıq. “ Bum kəndi, “Şahdağ” kolxozu, Yerli Aqrar İslahat Komissiyasının tərtib etdiyi 25 dekabr 1997-ci il tarixli torpaq sahəsinin seçilməsinə dair aktı hüquqmüəyyənedici sənəd deyil, həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texniki sənəd olduğundan , sözügedən aktda göstərilən 0.2 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır.” Dərhal təbii sual yaranır. Bəs niyə qonşuluqda Yerli Aqrar İslahat Komisiyasının qərarı əsasında paylanılmış digər torpaq sahələrinə DƏK-in Qəbələ 9 saylı Ərazi Reyestr İdarəsi tərəfindən mülkiyyət sənədləri verilmişdir? Bəli, vaxtilə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bizə ayrılmış 2000 kv.m torpaq sahəsi üçün Torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlanmalı və Dövlət Torpaq Kadastrı kitabında uçota alınmalı idi. Buna görə biz fiziki şəxsin heçbir günahı ola bilməz. Bu gün bu işi DTXK-nin əvəzinə DƏK-in Qəbələ 9 saylı Ərazi Reyestr İdarəsi tərəfindən həyata keçirilə bilərdi. Amma bizə formal və əsassız cavab yazmaqla işləini bitmiş hesab edir.

Cənab Prezident. Bir daha xatırlatmaq istəyirəm ki, bizim hazırda köhnə və təmirsiz 3 otaqlı ata yurdu hesab edilən və 90 il əvvəl inşa edilmiş heç bir şəraiti olmayan evimizdə on 28 ildə bizim ailəyə dövlət tərəfindən heç bir imtiyaz tətbiq edilməmişdir. Nə bir avtombil, nə bir mənzil, nə bir iş, nə pul mükafatı, nə bayram günlərində hətta H.Əliyev Fondunun təşkil etdiyi yardımlardan yararlanmamışıq. İstədiyimiz tək bir mənzil problemini həll etmək üçün bizim adımıza verilən bu 0.2 ha torpaq sahəsidir ki, onu da sənədləşməsinə imkan verilmir, yerli bələdiyyə isə özbaşına bu yerimizi 2 nəfərə hər birinə 10 sot olmaqla satıb mənimsəmişdir. Ona görə bu torpağımızı bizəsənəd üzrəverəbilmirlər. Bu torpağı sənədləşdirə bilsəydik ev tikmək barədə düşünərdik. Nə yazıq ki, yerli bürokratlar biz şəhid ailəsinə nəinki kömək etmək, heç maraqlanmayıbar.Sonaraşdırmam zamanı o da məlum olmuşdur ki, uzun müddət Bum Bələdiyyəsinin sədri şəhid atası kimi rəhmətlik atama 1997-ci ildə rəsmi ayrılmış bu yerin 10 sotunu öz oğlunun, digər 10 sotunu isə digər imkanlışəxsə satmışdır. Yerli əhalinin verdiyi məlumatlardan o da məlum olmuşdur ki, Bum kəndi ərazisindənə qədər bələdiyyəyə ayrılan yaxşı yerlər var, hamısınıöz yaxın qohum-əqrəbalarının adına saxta sənədlərlə alqı-satqı edib özü yiyələnmişdir. İndi bazar açıb baha qiymətə kənar fiziki şəxsxlərə satmaqla məşğuldur. İş o yerə çatıb ki, hətta rəhmətə gedən atasının da adına arxa tarixlə alqı-satqı müqaviləsi, qərar, torpağın plan və ölçüsü sənədləşdirsə də, banka ödənilən rüsum pulunun arxa tarixinəsənəd düzüb qoşa bilməyib. Eləcə də digər bacısının, qardaşının, xalasının, əmisinin, dayısı oğullarının, bir sözlə bütün qohumlarının adlarına yerlərin hamısını əsassız olaraq zəbt edib. 1997-ci ildə biz şəhid ailəsinə ayrılan 20 sot torpaq sahəsini də vicdansızcasına baha qiymətə satmaq üçün oğlunun adına rəsmiləşdirib. İndi də bəhanə edir ki, get gözlə, sənin yerini başqalarına vermişəm, gərək onlardan alan pulu qaytaram, sən gərək 2000 manat verəsən ki, mən bu sənədləşməni həyata keçirim və s. boş boş sözlərləməni yola verməklə məşğuldur.

Cənab Prezident! Sizə məcbur olub müraciət edirik ki, yerli bələdiyyə sədrinin son 15 ildə törətdiyi qanunpozuntularının araşdırılmasına göstəriş verə və bizə 1997-ci ildən ayrılmış 0.2 ha torpaq sahəsidən istafadə etməyimiz üçün yerli aidiyyatı qurumlar tərəfindən süründürməçiliyə salınmadan tələb edilən sənədləşmənin aparılmasına göstərişverəsiniz. Axı bu torpağa mənim şəhid qardaşımın qanı axıdılmışdır Və bizim 9 baş ailəmizin mənəvi haqqı çatır ki, bu yerə sahiblik edək. Yerli bələdiyyə sədrinin bütün torpaqları qanunsuz olaraq zəbt edib öz adlarına sənədləşdirmiş əsli nəslindən heç kəs nə 1-ci, nə də 2-ci Qarabağ Müharibəsində iştirak edən olmayıb".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın