Şəmkirdə maraqlı KADR TƏYİNATLARI: İdarəetmə köhnələrin əlində - FOTOLAR

06, 12, 21
18:00

Şəmkirdə maraqlı KADR TƏYİNATLARI: İdarəetmə köhnələrin əlində - FOTOLAR


"Ötən yazımızda qeyd etdiyimiz kimi, Rəşad Tağıyevin 3 aya yaxın müddətdir Şəmkir rayonuna rəhbərlik etməsi, rayonda mövcud olan siyasi gərginliyi nəinki azaltmışdır, əksinə bir az da gərginləşdirmişdir". Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.

Əvvəlki yazı burada: Rəşad Tağıyevin Şəmkir sərgüzəştləri...

Məqalədə daha sonra bildirilir: "Şəhid ailələri yaxından təmasın qurulmaması, rayonda fəaliyyət göstərən sahibkarların fəaliyyətinə ciddi dəstək göstərilməməsi başqa yazımızın mövzusu olacaq.

Hazırda bütün Şəmkirin gözü rayonda aparılan son kadr təyinatlarına yönəlməkdədir. Alışan Yusibovun Bakıdan gətirilərək, Kommunal Müəssisələr Kombinatı kimi pullu vəzifəyə rəis təyin olunması insanlar arasında çaşqınlıq yaratmaqdadır. Alışan Yusibovun fəaliyyətini zaman göstərəcək...

Maraq doğuran məqam icra hakimiyyətində təyin olunan 2 kadrdır. Digər kadrla bağlı araşdırmalarımız davam edir. Sizə danışaq Çiçək Məcidli adlı xanımdan... Sosial şəbəkələrdə kifayyət qədər fəal olan gənc xanım, xeyli müddət idi ki Şəmkir rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərirdi. Bu müddət ərzində icra hakimiyyətinin şöbə müdiri, mətbuat xidmətinin rəhbəri Elgün Seyidovun diqqətini cəlb etməyi bacarmış bu xanım, özünə qarşı xüsusi diqqət cəlb etmişdir. Elgün Seyidov rayon icra hakimiyyətinin 57-AA-181 nömrəli xidməti avtomobili ilə axşamlar Çiçək xanımı öz evlərinə çatdırmağı özünə borc bilmişdir.

Təbii ki, Elgün Seyidovun bu qədər arxain olması səbəbsiz deyil. Prezident Admnistrasiyasının kuratoru Orxan Mürsəlovun himayəsi altında olması, bu kadr təyinatında özünü birüzə vermişdir. Çünki icra hakimiyyətində və rayonda gedən prosesləri gündəlik ona məruzə edir nəinki başçıya. Rəşad Tağıyev isə Başçı olaraq tərəddüd içində olan adam kimi edilən təzyiqlərə tab gətirə bilmir.

Rəşad Tağıyev başçı təyin olunan gündən böyük iclaslarda fəxrlə Bakı şəhər baş təhsil idarəsinin rəisi işlədiyi dövrdə 171 direktorun işdən qovulmasından danışması, özünü “kadrovik” kimi təqdim etməsi artıq şübhələr yaratmaqdadır.

Ümid edirik ki, Çiçək Məcidli adlı xanımın təyinatı, Rəşad Tağıyevin idarəetməsinə, Elgün Seyidovun şəxsi həyatına, Çiçək Məcidlinin isə gələcəyinə təsir etməyəcəkdir.

Çiçək Məcidlinin təyinatı ilə bağlı məlumatı Şəmkir rayon İcra Hakimiyyətinin mətbuat xidməti təsdiq etdilər".

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... (DİA.AZ)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın