Bakı sülhün şərtlərini açıqladı: önümüzdə iki yol var - TƏHLİL


Rəsmi Bakı Ermənistanla sülh sazişinin prinsiplərini açıqlayıb: ərazi bütövlüyü və suverenliyin tanınması, sərhədlərin toxunulmazlığı;

Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması, iki xalqın sülh içində yaşamasının iki yolu var.

Birincisi, dünya təcrübəsində ən çox istinad ediləndir: iki xalqın nümayəndələrinin iştirakı ilə görüşlərin keçirilməsi, dialoq atmosferinin qurulmasıdır; müharibədən əvvəl “xalq diplomatiyası” adlanan bu prosesdə Ermənistan maraqlı idi, müharibədən sonra biz maraqlıyıq;

İkincisi, sülh sazişinin diktə edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığınlı tanımağa məcbur edilməsidir;

Birinci yol zaman tələb edir və zaman Azərbaycanın əleyhinə işləyən əsas faktordur. Ermənistanda hesab edirlər ki, zamanla geosiyasi və regional şərtlər dəyişə, yeni şərtlərdə indi düşdükləri vəziyyətdən çıxa bilərlər.

Bu baxımdan, Azərbaycan üçün ən uyğun variant ikinci yoldur: şərtlərin diktə edilməsi;

Bakı anlayır ki, müharibədən sonra əldə etdiyi təsir gücündən istifadə etməsə, hər ötən il əleyhinə işləyir və məhz buna görə, şərtlərin diktə edilməsi üzərindən hərəkət edir: Ermənistan hakimiyyəti sülh sazişinə imza atmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır; erməni xalqına bunu qəbul etdirmək işi artıq erməni hakimiyyətinin üzərinə düşür;

Soçi görüşündə Azərbaycan və Ermənistan sərhədlərin delimitasiya və demarkasiya üzrə birgə komissiyanın yaradılması üzərində razılıq əldə olundu. Bu, sülh sazişinə doğru nəzəri də olsa ilk addımın atılmasıdır. Əliyev görüşdən sonra çıxışında “düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq” sözləri ilə mesajını verdi: Ermənistan razılaşmanı yerinə yetirməsə, yaxud uzadacaqsa, yenidən güc amili önə çıxa bilər;

30 illik münaqişə dövründə sülh danışıqları da qarşı tərəfin yalnız gücdən anladığını göstərdi: əraziləri güclə azad etdiyimiz kimi, sülhü də güclə qurmalıyıq.

Asif Nərimanlı 

AZƏRBAYCANREALIĞI.COM
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR

Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR

  • 17 yan, 16:00
Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR
Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR

Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR

  • 06 yan, 10:29
Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR
Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“

Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“

  • 05 yan, 18:00
Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“
“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “

“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “

  • 23 dek, 14:00
“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar