Mədət Quliyev: "Çalışmalıyıq ki, insanlar işə velosipedlə getsin"

27, 11, 21
09:00

Mədət Quliyev: "Çalışmalıyıq ki, insanlar işə velosipedlə getsin"


"Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Federasiyamızda gözəl infrastruktur yaradılıb".

"Azəraycan Reallığı" xəbər verir ki, bu fikirləri Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti seçilmiş Mədət Quliyev mətbuat konfransında deyib.

M.Quliyev bu idman növünə sevgi yaranması üçün əllərindən gələni etmələrinin vacibliyini vurğulayıb: "Çalışmalıyıq ki, insanlar işlərə və s. yerlərə velosipedlə getsin. Federasiya olaraq peşəkar idmançılar yetişdirmək istəyirik. Elçin Əsədov Olimpiya Oyunlarında iştirak edib. Regionlarda bu idman növünə marağı artırmalıyıq. Öz kadrlarımızın üstündə işləməyə çalışacağıq. Böyük nailiyyətlər əldə edəcəyimizə inanıram. Dünyada 40-a yaxın peşəkar velosiped komandası var. Çalışmalıyıq ki, ölkəmiz də burada təmsil olunsun".

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın