SON DƏQİQƏ: Türkiyə böhrandan çıxdı - Birləşmiş Ərəb Əmirliyi Türkiyə üçün 10 milyard dollar ayırdı

25, 11, 21
09:18

SON DƏQİQƏ: Türkiyə böhrandan çıxdı - Birləşmiş Ərəb Əmirliyi Türkiyə üçün 10 milyard dollar ayırdı


Birləşmiş Ərəb Əmirliyi Türkiyə iqtisadiyyatına investisiya yatırmaq üçün 10 milyard dollar ayırıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə BƏƏ-nin Dövlət İnvestisiya Fondu idarə heyətinin rəhbəri Mohammed Hassan Al Suveydi açıqlama verib.

"Biz Türkiyəyə sərmayə qoymaq üçün 10 milyard dollarlıq fond ayırdıq",-Suveydi deyib.

Qeyd edək ki, bir neçə gündür Türkiyə iqtisadiyyatında çətinliklər müşahidə edilir. Buna səbəb kimi türk lirəsinin dəyərdən düşməsi göstərilir. İlin əvvəlindən Türkiyə valyutası 70% devalvasiyaya uğrayıb ki, bu da son illərdə milli valyutanın dəyərində ən böyük enişlərdən biri olub.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın