Ağsu şəhərində “Özünü qanundan üstün və şah sayan məmur mülkümü söküb”

12, 11, 21
19:30

Ağsu şəhərində “Özünü qanundan üstün və şah sayan məmur mülkümü söküb”


Daha əvvəllərdə heç bir məhkəmə sanksiyası, rəsmi xəbərdarlıq olmadan əmlaka dair sənədləri olan mülkü sökülən, Ağsu şəhəri sakini Cəfərova Nüşabə Əlisa qızı tərəfindən yenidən müraciət daxil olub. Həmin müraciətdə məsələnin hələ də həll olunmadığını bildirilir.


“Ağsu dolaylarının 150-ci km-də yerləşən 1998-ci ildən mövcud olan obyekt 2002-ci ildən mənə məxsusdur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyat və Şəhərsalma Kadast İdarəsində Qeydiyyat Vəsiqəsi № 38 altında qeydiyyatdadır və tərəfimdən 2002 ci ildə natarial qaydada alğı-satqı müqaviləsi ilə alınıb. Söküntü ilə bağlı olaraq, rəsmi qurumlara müraciət ünvanladım. Nəhayət 03 iyun 2020 ci tarixli 388 saylı məktubunda Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzi obyektin onun göstərişi əsasında söküldüyünü bildirdi. Ağsu RİH-i söküntünün Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzi tərəfindən aparıldığını bildirir.

Bütün bunlardan sonra söküntünü aparan tərəfləri məhkəməyə vermək qərarına gəldim. Bu məqsədlə Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzi, Ağsu RİH-i və ETSN-nə təzminatla bağlı məktub ünvanladım və obyektin əvvəlki vəziyyətə gətiriləsini tələb etdim. Bütün tərəflərin cavablarını və Ombudsmanın apardığı araşdırmanın nəticəsinə görə söküntünü aparan tərəfə qarşı Şəki inzibati məhkəməsində mülkü iddia qaldırdım. Bundan sonra Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzinin direktoru Əfqan Qəribov Ağsu rayon məhkəməsində Qeydiyyat Vəsiqəsi və alğı-satğı müqaviləsinin ləğv edilməsi üçün iddia qaldırdı.

Məhkəmənin gedişində uduzduğunu anlayan Əfqan Qəribov işi təxirə salmaq üçün digər vasitəyə əl atdı. Şəki inzibati məhkəməsində olan təzminatla bağlı işi yubatmaq məqsədi ilə bu dəfə də Ağsu RİH-ni 24 il əvvəl verilmiş sərəncama görə məhkəməyə verdi. Ağsu rayon məhkəməsindən isə sərəncamla bağlı iş həll olunana qədər işi təxirə salınmasını tələb etdi. Ağsu Rayon məhkəməsi isə işi təxirə salınması haqqında qərardar çıxardı. Şəki Apeliyyasiya məhkəməsində Ağsu Rayon Məhkəməsinin qərarından şikayət verdim. Məlum oldu ki, qərar düzgün verilməyib və Şəki İnzibati məhkəməsində aparılan təzminatla bağlı işin bu işlərlə bağlılığı yoxdur və davam etdirilməlidir. Ağsu Rayon məhkəməsi isə işə baxaraq qərar verməlidir. Qərar verildi və Əfqan Qəribovun iddiası təmin edilmədi və alqı-satqı müqaviləsi qüvvədə qaldı”.

Şikayətçi bildirir ki, Əfqan Qəribovun qanunsuz əməlləri ilə bağlı birbaşa Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırova, Nazirliyin Hüquq Şöbəsinin müdiri Teymur Şəkərəliyevə dəfələrlə müraciət edib, amma hər dəfə Əfqan Qəribovun haqlı olduğunu əsaslandırmağa çalışıblar.

“Ağsu Rayon Məhkəməsi yekun qərar verdi. 29 iyul 2021 tarixli qərarla Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzinin iddiası təmin edilmədi və Qeydiyat Vərəqəsi və alqı-satqı müqaviləsi qüvvədə qaldı.

Qanunvericiliyin tələblərinə görə, əgər Əfqan Qəribov obyekti sökmək niyətində idi isə ilk öncə məhkəməyə müraciət etməli idi. Məhkəmə qərar verəcəyi təqdirdə mülkün söküntüsünü apara bilərdi. Amma Əfqan Qəribov söküb sonradan məhkəmə iddiası qaldırıb. Bu, cənabın hüquq bilgilərinin hansı səviyyədə olamasına dəlillərdir. Yəni qanundan üstün şah deyimi bu məqamda gündəmə gəlir. Özünü qanundan üstün vəşah sayan mərkəz direktoru mülkü söküb. ETSN-nin rəhbərliyi isə bu cur hüquq dahilərini vəzifədə saxlayır, etimad göstərir. Bu qanunvericiliyin tələblərinə görə özgə əmlakını məhv etmədir. Yəni, vəzifə sahibi olan hər bir şəxs qanunların tələblərini qorumalıdır. Amma Əfqan Qəribov vəzifəsini qanundan üstün sayıb.

Qeyd edim ki, qerardan apellyasiya müddəti də bitmişdir. Yəni artıq Əfqan Qəribov apellyasiya şikayəti verə bilməz”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın