Rəşad Mahmudov: "Yeni dalğa ilə üzləşəcəyimiz zaman rəqəmlərin düşündüyümüzdən qat-qat çox ola biləcəyi ehtimallar var "

01, 11, 21
12:00

Rəşad Mahmudov: "Yeni dalğa ilə üzləşəcəyimiz zaman rəqəmlərin düşündüyümüzdən qat-qat çox ola biləcəyi ehtimallar var "


"Dünya Səhiyyə Təşkilatı istər Azərbaycan, istərsə də digər ölkələr üçün rəqəmlərin artacağı ilə bağlı xəbərdarlıqlar edib. Arzumuz və istəyimiz budur ki, yenidən qapanmalar olmasın".

Bu haqda  Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov  açıqlamasında belə deyib.

"Qarşıdakı bir-iki ay ərzində yeni dalğa ilə üzləşəcəyimiz zaman rəqəmlərin düşündüyümüzdən qat-qat çox ola biləcəyi ilə bağlı ehtimallar var. Bu ehtimala uyğun şəkildə dövlətin aidiyyəti orqanlarının həm brifinq keçirmək, həm də yeni qərarlar vermək səlahiyyəti var. Bu hüquqdan cəmiyyətin daha böyük təhlükəyə məruz qalmaması üçün istifadə oluna bilər", - deyə komitə sədrinin müavini əlavə edib.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın