Zakatalalı iş adamı pirezidentə muraciət etdi: "Məhkəmələrin çirkin əməllərindən, rüşvətxorluğundan cana doymuşam"

24, 10, 21
10:41

Zakatalalı iş adamı pirezidentə muraciət etdi: "Məhkəmələrin çirkin əməllərindən, rüşvətxorluğundan cana doymuşam"



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 

Zaqatala rayonu Car kənd sakini, ağsaqqal Hacıbəy İsak oğlu Zakatalski 


Hörmətli xalqımızın qeyrətli oğlu İlham Əliyev! Mənim 74 yaşım var. Siz də dövlət məmurlarının özbaşınalığından xalqımıza  bir sıra  yaramaz hərəkətləri barədə məlumat vermisiniz. Ələxsus Prokurorluqdan, rayon Məhkəməsindən, Apellyasiya Məhkəməsindən, hətta Ali məhkəmənin çirkin əməllərindən, rüşvətxorluğundan cana doymuşam. Özlərini elə aparırlar ki, elə bil, Azərbaycan dövlətçiliyi,

Azərbaycan qanunları yoxdur. Hərə öz yerində bir Prezident, bir Nazirdir. Mən 17 ildir Azərbaycan Məhkəmələrində sürünürəm. Heç bir prokurorluq, nə rayon Məhkəməsi , nə də apellyasiya məhkəməsi mövcud qanunla iş aparmır və hökm çıxarmır. Qeyrətsizlər hər bir məhkəməni iki aydan  dörd aya kimi uzadırlar. Bakı Apellyasiya Məhkəməsinə gələn qərar  heç nəyə yaramır. Heç br məsuliyyət daşımır. Bir də görürsən yazırlar “Məhkəmənin qərarı olduğu kimi saxlanılır”. Nəyə görə olduğu kimi saxlanılır? Həmədan eşşəkləri əvvəlki ilk məhkəmənin qərarı  düzgünmü və yaxud çirkin qərarlamı verildiyi sənə məlumdurmu? Sən əminsənmi məhkəmə qərarları düzgün və ya səhv verilib.  

“Bu yaxınlarda 2-1 (103)-2249/2021 saylı  iş üzrə  20.10.2021 ci il tarixdə  çıxarılmış qərardadın  nəticəvi hissəsinə dair  “AZEMİS” elektron məhkəmə  sistemindən çıxarış” . Bakı Apellyasiya məhkəməsində sədrlik edən  hakim  Azər Hüseynov Məhkəmə qərarını belə icra edir – “ Qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilmədi “. Hörmətli Azər Hüseynov Siz əvvəlki inzibati mhkəmənin qərarının necə verildiyindən xəbəriniz varmı!

Həmin məhkəmənin hakimi məhkəmə qərardadının düzgün verilmədiyindən xəcalət çəkdiyini bildirmişdir. Həmin məhkəmənin  apellyasiya şikayətini artıq 3 aya göndərmişik.  Bir qədər də Siz saxlamısınız. İndi də Siz yazırsınız ki, qərardad dəyişdirilmədən saxlanılsın, şikayət təmin edilməsin.

Həmədan eşşəyi, sən buna cavab verəcəksən və yaxud Apelyasiya məhkəməsi sistemindən rədd olub gedəcəksən. Məni 430 km. Bakıya Məhkəmədə iştirak etməyə çağırmısan, ancaq məhkəməyə baxmamısan. Mən sənin üçün oyuncağammı. Mənim məhkəməyə təqdim etdiyim material tam düzgün şəkildə olmuşdur, heç bir yalan yazmamışam. Bakı İnzibati məhkəməsi qarşı tərəfin yalanlarına uyaraq həqiqətə uyğun olmayan qərarlar verir.                

Hörmətli İlham Əliyev cənabları. Sizdən artıq dərəcədə xahiş edirəm. Komissiya təşkil edin. Mənim düzgün olub olmamağımı yoxlasınlar. Mən səhvəmsə mənə ömürlük həbs cəzası verilsin. Əgər hakim Azər Hüseynov səhvdirsə, apellyasiya məhkəməsindən  iti qovan kimi qovulsun.

Azərbaycanda məhkəmələrdə rüşvətxorluq götürülsün. Düzgün qərar  verməyənlər cəzalandırılsın. Mən Azərbaycan dövlətində Qanun görmək istəyirəm. 

Hörmətlə, Ağsaqqal: Hacıbəy İsak oğlu Zakatalski

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın