Sumqayıt şəhər məhkəmə tibbi ekspertiziya və patoloji Anotomiya şöbəsində meyid alveri - VİDEO

23, 10, 21
10:00

Sumqayıt şəhər məhkəmə tibbi ekspertiziya və patoloji Anotomiya şöbəsində meyid alveri - VİDEO


Hüquqşünas üsyan etdi: "Dostumun meyitini vermirlər" - Hamı etiraza qalxdı 

Sumqayıt meydxanasında baş verən rəzalətlər. 

Dostum Əbdülov İlqar Qüdrət oğlu dünən günorta saatlarında yolda rəhmətə gedib. Onu taksi sürücüləri Sumqayıt xəstəxanasına aparıblar. Nəşini sonradan meyidxanaya yerləşdiriblər. Qohumları, qardaşı və mən həmin meydxananın qarşısında əsir- yesir olduq. Meyidxanada özünün əvvəl həkim, sonra gözətçi kimi təqdım edən meyid alverçisindən bşqa kimsə yox idi.

 Həmin şəxs də dünən rəhmətliyin nəşini bizə verməkdən imtina etdi. Gah dedi mənlikdi, gah dedi mənlik deyil. Rəhmətliyin xəstə olması barədə evindən sənədləri gətirtdik. Heç olmasa bizi növbətçi həkimlə görüşdürməsini istədik. Bunun mümkün olmamasını bildirdi. Umacağını, qarnının ağrısını bildirdi. Nə isə onu heç nəylə razı sala bilmədik. Hadisə yerindən canlı yayım etdik. Bir faydası olmadı. Adam qapını bağlayıb getdi. Sonradan öyrəndik ki, bu meyidoğlu meyid bu meyidxanaya gətirilən bütün rəhmətliklərin meyidini yaxınlarına çox baha qiymətə satır. Adamları adam kimi rəhmətə gedənlərin dərdini çəkməyə qoymur. 

Bu sözləri hüquqşünas, şair Mübariz Mənsimoğlu "Azərbaycan Reallığı" saytına canlı müsahibəsi zamanı bildirib. 

Həmin canlı yayımı təqdim edirik:


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın