Kəmlaəddin Heydərovun işçisi QOÇULUQ EDİR - VİDEO

14, 10, 21
12:00

Kəmlaəddin Heydərovun işçisi QOÇULUQ EDİR - VİDEO


Mən Göyçay rayon Qaraməryam kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu bu müraciətimlə bildirirəm ki, Fövqaladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğın Nəzarəti idarəsinin, dövlət yanğın şöbəsinin əməkdaşı kapitan Əliyev Əlihəsən Fizuli oğlu, həmkəndlim Fuad Nazim oğlu Qasımovun sifarişini canla başla yerinə yetirərək, öz qulluq mövqeyindən istifadə etməklə, əlində olan imkanlardan istifadə edərək, bir neçə dəfə mənə və yaşadığım kəndin məktəb direktoru işləyən bibimə təzyiqlər göstərmiş, şantaj və hədə qorxular gəlməklə mənim zərərçəkniş olduğum cinayət işindən şikayətçi olmamağımı bizdən tələb etmiş əks təqdirdə bizə cərimə yazacağı ilə bizi hədələmişdir.

Sonuncu dəfə 06 oktyabr 2021 ci il tarixdə mənə məxsus obyektə gələrək həmkəndlim Mahir Maarif oğlu Quliyevin məndən şikayətçi olduğunu bildirərək məni cərimə edəcəyi ilə hədələdi. Mən şikayətçinin araşdırmada iştirak etməyini tələb etdim həmin şəxs yəni Mahir Quliyev araşdırmada iştirak edərək məndən şikayət etmədiyini,həmin şikayətin onun adından edildiyini açıq şəkildə bildirdi, baş verənləri mən video çəkiliş etdim. həmin görüntüləri mətbuat vasitəsi ilə fövqaladə hallar nazirliyinə təqdim edərək tədbir görülməsini xahiş edirəm (azinfo.tv)


AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın