Jurnalist Mirismayıl Xələflinin ailəsi xəstəxanaya yerləşdirildi. Vəziyyətləri yaxşı deyil - FOTOLAR

13, 10, 21
13:30

Jurnalist Mirismayıl Xələflinin ailəsi xəstəxanaya yerləşdirildi. Vəziyyətləri yaxşı deyil - FOTOLAR


Xəbəral.az saytının baş redaktoru Mirismayıl Xələflinin 13 yaşlı yeganə qız övladının sağlamlığında problem yaranıb və qəfil xəstəxanaya yerləşdirilib.

Bu haqqda jurnalistin özü "Azərbaycan Reallığı" saytına məlumat verib. Jurnalist bildirir ki, sosial problemlərlə bağlı özümə bir neçə gün öncə yeni iş tapmışdım, bununla əlaqədar rayonda idim, dünən gecə zəng etdilər ki, uşağın və yoldaşmın vəziyyəti ağırdır, 13 yaşlı Zəhra qızım gecə qəfil şoka düşüb, bunu görən yoldaşımın da vəziyyəti pisləşib, yoldaşımın əvvələr ürəyində problem var idi, ürək xəstəliyindən əziyyət çekirdi. O da şoka düşüb, onları təcili yardımla xəstəxanaya yerləşdiriblər. Orada vəziyyətin qənaətbəxş olmadığın deyiblər və Maşdağa xəstəxanasına aparıblar. İndi ora gedirəm, hələ bilmirəm nə necə olacaq. 




AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın