Tanınmış jurnalistə qarşı təzyiqlər başlayıb

06, 10, 21
13:00

Tanınmış jurnalistə qarşı təzyiqlər başlayıb


Keçmiş siyasi məhbus, tanınmış jurnalist, “Reallıq TV” internet televiziyasının rəhbəri İkram Rafiqoğluna qarşı təzyiqlər başlayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu haqda jurnalist özünün feysbuk hesabında yazaraq məlumat verib.

“Reallıq TV” kanalına və özünün şəxsi profilinə müdaxilələr və təzyiqlərin davam etdiyini bildirən İkram Rafiqoğlu , bu şifarişin hardan gəldiyini və hücumları təşkil edənlərin kimlər olduğunun bəlli olduğunu deyib.

Jurnalist qeyd edib ki, məqsədləri susmağını təmin etmək və ona qarşı növbəti qanunsuz yollarla məhdudiyyətlər təşkil etməkdir.

“Yaxın zamanlarda mənə qarşı edilən təzyiqlərin və növbəti təhdidlərin səbəbkarlarının kimliyinə aydınlıq gətirəcəyəm. Həbsxana həyatından sonra bu təzyiqlər davamlı idi. Görünür bundan sonra daha sərt mövqe nümayiş etdirəcəklər və bizə susmağı “öyrədə” bilməyənlər yenə öz saxta ittihamları ilə qarşımıza keçəcəklər” , – deyən jurnalist İkram Rafiqoğlu onu müdafiə edən şəxslərə təşəkkür edib.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın