SON DƏQİQƏ: “Mossad” İran generalını qaçırıb

06, 10, 21
09:00

SON DƏQİQƏ: “Mossad” İran generalını qaçırıb


İsrail xüsusi xidməti “Mossad” Afrika ölkələrindən birində iranlı generalı qaçırıb. 

Bu barədə “Rai Aİ Youm” məlumat yayıb. Mossad buna Livanda 1986-cı ildə vurulmuş israil şturmanı Ron Aradın həlak olmasının təfərrüatlarını aydınlaşdırmaq üçün buna əl atıb.

İsrail xüsusi xidmətlərinin fikrincə, iranlı general təyyarəçinin taleyi barədə məlumata malik ola bilərdi.

Bundan əvvəl Baş nazir Naftali Bennet parlamentdə çıxışı zamanı Ron Aradın taleyi haqqında informasiya əldə etmək üçün “dəlisov əməliyyat”ı barədə danışmışdı.

Məlumata görə, əməliyyat Suriya ərazisində keçirilib.

Son nəticədə İsrail öz soydaşı barədə heç nə aydınlaşdıra bilməyib. Sorğu sualdan sonra İran generalı azadlığa buraxılıb.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın