"Qala" sığorta özbaşınalıq edərək zərəri ödəmir: Avtomobil sığortası məcburidir bəs dəymiş ziyanın ödənilməsi niyə məcburi deyil? - VİDEO

02, 10, 21
21:23

"Qala" sığorta özbaşınalıq edərək zərəri ödəmir: Avtomobil sığortası məcburidir bəs dəymiş ziyanın ödənilməsi niyə məcburi deyil? - VİDEO


Tovuz rayonunda qəzaya düşüb xəsarət alan sürücü sığorta şirkətindən dəymiş ziyanı ala bilməməsi ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb. Sürücü Vüqar Hüseynov etdiyi müraciətdə bildirir ki, avqustun 18-də idarə etdiyi 60-BM-782 qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə Tovuz rayonu ərazisinə hərəkət edərkən digər avtomobillə toqquşub.

 Hadisə nəticəsində sürücünün qabırğası çatlayıb, sərnişinin isə əli qırılıb. Polis əməkdaşları yol nəqliyyat hadisəsini qeydə alıb rəsmiləşdirsə də, "Qala" sığorta şirkəti nə avtomobili təmir edir, nə də xəsarət almış şəxslərin tibbi təminatlarını qarşılayır. Sürücü Vüqar Hüseynovun dediyinə görə "Qala sığorta şirkətinin sentyabrın 6-da göndərdiyi rəsmi cavab məktubunda dəymiş ziyan 2000 manat qeyd edilib. Faktiki olaraq isə avtomobilə dəymiş ziyan ekspert rəyinə əsasən 3879 manatdır. Daha sonra isə “Qala” sığortadan bizə zəng elədilər və Talıblı Əhməd (Tel:055-897-63-61) adlı müstəqil ekspertin gəlib maşına baxış keçirəcəyini bildirdilər. Talıblı Əhməd isə özü gəlmədi. Əvəzində Tovuz rayonunda yaşayan Ələmdar adlı ağsaqqal bir kişini onun əvəzində maşına baxış keçirtmək üçün göndərdi.

Həmin ağsaqqal Talıblı Əhmədin gəlib maşına baxış keçirtməsinə dair mənə sənəd imzaladaraq dedi ki, maşının şəkillərini Talıblı əhmədə göndərəcək, O da dəymiş ziyanı təzdən hesablayıb “Qala” sığortaya verəcək. Qeyd etmək istəyirəm ki, avtomobili hal-hazırda qəzalı vəziyyətdə evakuator vasitəsi ilə “Qala” sığortanın Tovuz filialının qarşısına aparıb qoymuşuq. Dəyən ziyanın hesablanması üçün "Qala" sığorta şirkəti tərəfdən heç kim avtomobilə baxış keçirməyib. Belə olan halda dəymiş ziyanın 2000 manat olmasını "Qala" sığorta şirkəti necə hesablayıb?"

Sürücü V.Hüseynov bildirir ki, avtomobilin sığorta şirkəti tərəfindən təmir edilməsini və bədən xəsarətinə görə tibbi təminat üçün pul ayrılmasını istəsə də, onun şikayətinə baxan yoxdur.  V.Hüseynov deyir ki, Hər bir sürücüyə il ərzində məcburi sığorta haqqı ödədirlər. Ödəməyəndə isə sürücülər dövlət tərəfindən cərimələnir. Bəs niyə həmin sığorta şirkətləri sürücülərə dəymiş ziyanı ödəmədiyinə görə cərimələnmir??? Bizim dövlət nə üçün Təkcə sığorta şirkətlərinin mənafelərini qoruyur??? Ümid edirik ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürərək sürücünün problemini tez bir zamanda həll edəcək.


"Azərbaycan Reallığı" adı çekilən qarşı tərəfin mövqeyin tanıyır

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın