SON DƏQİQƏ: "MÜĞƏNNİ ELZA SEYİDCAHAN MMC RƏHBƏRİNİ ŞƏRLƏYƏRƏK HƏBS ETDİRDİ" - VİDEO

01, 10, 21
19:32

SON DƏQİQƏ: "MÜĞƏNNİ ELZA SEYİDCAHAN MMC RƏHBƏRİNİ ŞƏRLƏYƏRƏK HƏBS ETDİRDİ" - VİDEO


Müğənni Elza Seyidcahanın şikayəti əsasında Elit Akademya - rəhbəri Rüstəm Kərimzadə həbs olunub. Xatırladaq ki, Elza Seyidcahan uzun zamandır ki, borclu olduğu Rüstəm Kərimzadənin həbs edilməsi üçün müxtəlif yollara əl atırdı. Dünən şirkət rəhbərinin həbsindən sonra onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov sosial şəbəkədə paylaşım edərək müğənninin şər atması nəticəsində Rüstəm Kərimzadənin həbs olunduğunu bildir. Elçin Sasıqovun paylaşımını olduğu kimi diqqətinizə çatdırırıq: Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(103)-4733/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Verdiyev Anar Talətdin oğlu və Azayeva Elmira Xanhüseyn qızının Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 75 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Əlisatova Gülşən Elşən qızına təhvil verilməsi, iddiaçı Əlisatova Gülşən Elşən qızından 58 min 797 manat pulun alınaraq “ELİT SRC GROUP” MMC-yə verilməsi, Əlisatova Gülşən Elşən qızı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs “ELİT SRC GROUP” MMC-yə pulun ödənilməsi ilə cavabdehlərin Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 75 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq boşaldılmasının eyni vaxtda icra edilməsi qət edilib. Kərimzadə Rüstəm Fuad oğlu “ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir. 

Rüstəm Kərimzadə

Əlisatova Gülşən Elşən qızı Əhmədova Seyidcahanın (müğənni Elza Seyidcahan) qızıdır. Qeyd edilən qətnamənin icrasına mane olmaq üçün Elza Seyidcahan dəfələrlə Kərimzadə Rüstəmə qarşı şər-böhtanlar atmış, mətubata yalnış açıqlamalar verməklə qətnamənin icrasına mane olmağa çalışmışdır.  Onlardan biri də ondan ibarət olmuşdur ki, Elza Seyidcahan 21-ci polis bölməsinə şikayət edərək Kərimzadə Rüstəmin onu itələdiyini bildirmişdir. Dünən 21-ci polis şöbəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərilmiş Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov (keçmiş Bakı Apelyasiya Məhkəməsinin hakimi mərhum Mirpaşa Hüseynovun oğludur, atadan balaya hakimlik bacarıqları keçənlərdəndir) Kərimzadə Rüstəmin heç bir vəsatətini təmin etməyərək Kərimzadə Rüstəmi 1 ay müddətinə inzibati qaydada həbs cəzası təyin etmişdir. 
 
Elza Seyidcahan

Kərimzadə Rüstəm mənimlə əlaqə saxlayıb həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirdi. Vəkil qeyd edib ki, məhkəmə qərarından Apellyasiya şikayəti veriləcək. Reallıq TV hadisəni diqqətdə saxlamaqla baş verən olayla bağlı geniş araşdırmanı yaxın zamansa diqqətinizə çatdıracaq. (Reallıq.TV)



AZƏRBAYCANREALIĞI.COM

Bizimlə əlaqə saxlayın