Bakı Humanitar Kollecində məmur özbaşınalığı: "Şamtutan" direktor 67 işçini qanunsuz işdən azad edir - VİDEO


Azerbaycanrealligi.com-a daxil olan məlumata görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin nəzdində olan Bakı humanitar kollecində növbəti qanunsuzluq baş verib. Zaman-zaman ölkə gündəmində "şamtutan", covidli xəstələri məcburi işə çıxarmaqla gündəmə gələn kollec direktoru Nərmin Qaralova bu dəfə tədris ocağının 67 işçisini eyni zamanda işdən çıxarıb.

 İşdən azad olunan pedoqoqlar işdən qeyri-qanuni çıxarıldıqlarını iddia edirlər. Redaksiyamıza məlumatı verən mənbə eyni zamanda kollecin direktor müavini Kamran Mənsimovun da gizli səs yazısını təqdim edib. Səs yazısında direktor müavini bildirir ki, "əlimizdə nazirliyin arayışı var.  Siz işə qanunsuz qəbul olunmusunuz" Məsələ ilə bağlı kollecin müəllimləri Təhsil Nazirliyinin əməkdaşı Nicat Məmmədli ilə görüşüblər. Nazirlik rəsmisi adı çəkilən kollecə işçilərin işdən azad olunmaları üçün Nazirlik tərəfindən heç bir arayış verilmədiyini bildirib.

İşdən qanunsuz azad edilən pedoqoqlar eyni zamanda iddia edirlər ki, onlara qarşi olunan  bu təzyiq kollec rəhbərliyindən ölkə başçısına şikayət məktubu ünvanlamaları  ilə əlaqədardır. Qeyd edək ki, Bakı Humanitar kollecinin müəllim heyəti kollec direktoru Nərmin Qaralovanın qanunsuz hərəkətlərindən 2021-ci aprel ayında ölkə başçısına şikayət məktubu ünvanlayıblar. (Azerses TV)

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

  • 13 okt, 22:00
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham
Lalə Azərtaş yeni verilişlə geri döndü

Lalə Azərtaş yeni verilişlə geri döndü

  • 11 okt, 22:00
Lalə Azərtaş yeni verilişlə geri döndü 
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

  • 30 sen, 21:00
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

  • 19 sen, 16:30
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar