Kəlbəcər rayon icra başçısı sağ adamı ÖLÜ ÇIXARIB

14, 09, 21
16:30

Kəlbəcər rayon icra başçısı sağ adamı ÖLÜ ÇIXARIB


Bu yaxınlarda mediada Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılması ilə bağlı məlumatlar getmişdi. Həmin məlumata görə Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib. Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir.

Azər Qocayev bu ilin iyununda məzuniyyətə çıxarkən vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb. İcra başşçısı Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəb direktorlarının hər birindən 500 manat rüşvət alması məktəb direktorlarının izahatlarında və digər sübutlarla öz əksini tapıb. Redaksiyamıza daxil olan məlumatda o da bildirilir ki, Azər Qocayev bir müddət əvvəl Kəlbəcər İHB-yə məxsus ianə fondunu ləğv edib. İddia edilir ki, buna səbəb həmin fonda yığılan küllü miqdarda maddi vəsaitin məhz Azər Qocayev tərəfindən qeyri səmərəli şəkildə xərclənərək talanması, pulların mənimsənilməsidir. İddia edilir ki, həmin fakt üzrə də prokurorluqda ciddi araşdırmalar aparılır. Rüşvət almaqda ittiham olunan gənc icra başçısının cəzalandırılmasını və vəzifəsindən uzaqlaşdırılmasını arzulayan kəlbəcərlilər bildirirlər ki, Azər Qocayev rayonun idarəçilik taleyinə yazılan növbəti“ kadrdır ki, ixtisasca “montyor”dur. Mənfi reputasiyaya malik gənc icra başçısı müəyyən parametrlərinə və idarəçilik qabiliyyətlərinə görə “AXC-Müsavat” hakimiyyəti illərində (1992-93) Kəlbəcər rayonuna rəhbərlik etmiş sələfi, hazırda Almaniyanın Frankfurt şəhərində mühacir həyatı yaşayan İlham Həsənlə “siyam ekizləri” sayıla bilər. Belə anlaşılır ki, tarix zamanın gərdişilə təkrarlanıb, Kəlbəcər rayonu 30 il sonra daha bir montyorun nazını çəkməli olub. Onun qanunsuz əməllərindən rayon sakinləri artıq beziblər. Elə redaksiyamıza yeni müraciət edən sakin də belələrindən biridir.

Kəlbəcər rayon Dəmirçidam kənd sakini Alışanova Lətafət Asif qızı isə iddia edir ki, icra başçısı onun valideynləri ilə əlbir olub onu “ölmüş adamlar” siyahısına salıblar. Şikayətçi xanlm iddia edir ki, aldığı təqaüdün qəflətən kəsilməsindən narahat olaraq Gəncədə yerləşən DSMF-yə müraciət edibdir. Orada ona Məhərrəmova Almaz İdris qızı adlı əməkdaş bildirib ki, bəs onun adı vəfat etmiş kimi görsənir. Ona isə məsləhət görüblər ki, həmin adam olduğunu sübut etmək üçün polisin 102 xidmətinə zəng eləsin və ASAN xidmətə gedib qan analizi versin. 3 uşaq anası olan Lətafət xanım həmin gündən özünün sağ olmasını sübut etmək üçün idarə və təşkilatların yollarında qalıbdır. Nəticədə ona məlum olubdur ki, onun valideynləri kəndin icra nümayəndəsi Ələsov Ələkbər Xalqverdi oğlu ilə əlbir olub onun haqında saxta sənədlər düzəldərək yalan məlumat veriblər. Ələkbər müəllim isə bütün işləri Azər Qocayevin razılığı ilə edibdir. Ümidvarıq ki, tezliklə şikayətçi xanımın pozulmuş hüquqları bərpa olunacaq və günahkarlar da əlaqədar qurumlar tərəfindən öz layiqli cəzalarını alacaqlar. (Aktualxeber.az) 

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın