Bu rayonda təhsil sistemi batır, CƏNAB NAZİR! - İTTİHAM

02, 09, 21
16:30

Bu rayonda təhsil sistemi batır, CƏNAB NAZİR! - İTTİHAM


İsmayıllı rayon sakini Rüstəmzadə Əbdüləli kendtv.infoya müraciət edib.

Müraciətdə deyilir.

Mən İsmayıllıda yerləşən kollecdə təhsil almışam və hazırda Gəncə texnologiya universitetində biznesin təşkili və idarə edilməsi fakültəsinin 3-cü kursunda qiyabi təhsil alıram.İsmayıllı təhsil şöbəsində təchizat bölməsində mühasib işı üzrə vakant yer var idi.Mən təhsil şöbəsinin regional idarəsi üzrə müdıri Elxan Cavadovun qəbulunda oldum və o,mənə bildirdi ki, Bakı şəhərində imtahan ver, gəl, sənə iş verək. Mən onun dediyi kimi etdim. Bakıda imtahandan keçdim və yenidən Elxan Cavadovun qəbuluna getdim.

Ancaq Elxan Cavadov mənə bildirdi ki, artıq bu posta adam təyin ediblər. Əvvəlcə fikirləşdim ki, eybi yoxdur, hər kimdirsə onun da işə ehtiyacı var, bu iş onun qismətidir.

Sonradan öyrəndim ki, bu işə Təhsil şöbəsinin baş mühasibi Qahir Qədirovun oğlu, Musa Qədirovu təyin ediblər. Mən indi Elxan Cavadova sual edirəm. Siz orada bazar açmısınız? Elxan Cavadov elə mənə deyərdiniz, nə qədər pul istəyirsiniz tapıb verərdim.

Sonrası da, ən əsası, Elxan müəllim! Məgər siz bilmirsiniz ki,hazırki qanun ata və oğulun, ümumiyyətlə, qohumların bir müəssisədə işləməsinə imkan vermir? Hər-halda bilməmiş deyilsiniz. Bəs niyə qanunvericiliyin tələblərini pozursunuz? Mən sizdən şikayət edəcəyəm.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Son vaxtlar İsmayıllı təhsilində çox xoşagəlməz hallar baş verir. Bu onu deməyə əsas verir ki, bir qrup şəxs və şəxslər bu sahəni öz korporativ maraqlarına uyğun olaraq yönləndirir. Bu qurum medyanın qara siyahısında olduğu üçün araşdırmalarımız davam edir. Bizi izləməyə davam edin.Yaxın günlərdə təhsil sahəsində həyata keçirilən arzuolunmaz hallar barəsində ictimaiyyətə geniş açıqlama verəcəyik. (Kendtv.info) 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın