Yeni səhiyyə nazirinin kim olacağı bəlli oldu - ÖZƏL

10, 08, 21
11:47

Yeni səhiyyə nazirinin kim olacağı bəlli oldu - ÖZƏL


Bildiyiniz kimi hələ ki, Səhiyyə Naziri vəzifəsinə heç kəs təsdiqlənməyib.

Yeni səhiyyə naziri həkim-deputat Rəşad Mahmudov təyin olunacaq.

Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, millət vəkili R.Mahmudovun bu aylar ərzində nazir vəzifəsinə təsdiqlənəcəyi gözlənilir. 

Əslən Astaradan olan 1974-cü il təvəllüdlü R.Mahmudov növbəti gənc nazir olmağa çox yaxındır. O.Şirəliyevin vəzifəsindən çıxarıldığı gündən, Rəşad Mahmudovun nazir olacağı, artıq dövlət xəstəxanalarında yayılıb.

 Oktay Şirəliyev

Xatırladaq ki, gələcəyin səhiyyə naziri Rəşad Mahmudov Korona Virusun tüğyan etdiyi bir vaxtda, karantin qaydalarına məhəl qoymadan Astaranın  deputatı Rəşad Mahmudov və böyük qardaşı icra başcısının 1-ci müavini Allahverən Mahmudov axşam saatlarında rayonun mənzərəli restoranlarından birində  yeyib – içib şəkil çəkdiriblər.

Bir neçə gün öncə, deputat Rəşad Mahmudov polisi döyən həmkarı Eldəniz Səlimovun sosial şəbəkədə yaydığı açıqlaması ilə də gündəm olub.

Rəşad Mahmudov bunları yazıb:

“Fəaliyyətinizə qiymət vermək (seçicilərinizin haqqıdır) mənə düşməz. Məlum hadisəyə rəy və qərar bildirmək Milli Məclisin İntizam Komissiyası və Ədliyyə orqanlarının vəzifəsidir. Partiyamız adına da arzuolunmaz bir hadisədir deyə bilərəm. Amma mən şəxsim adına mərd, alicənab və vətənpərvər bir insan kimi sizi tanıdığıma çox şadam” – R.Mahmudov qeyd edib. 

Rəşad Mahmudov 

Nə deyə bilərik?

Bizə elə gəlir ki, gəzən söz-söhbət boşuna olmaz.Çox güman ki, R.Mahmudov yeni vəzifə sevincini öz yaxınları ilə bölüşüb və şaiyələr yayılıb.

Bizdə yeni gələcək Səhiyyə Nazirinə çətin və şərəfli işində uğurlar arzu edirik.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq. (Xəbəral.az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın