Beynəlxalq Bank da qazilərə kələkdə ”Kapitalbank”dan geri qalmır - NARAZILIQ!

08, 08, 21
17:00

Beynəlxalq Bank da qazilərə kələkdə ”Kapitalbank”dan geri qalmır - NARAZILIQ!


"Azərbaycanda banklara inamsızlıq , “əmanətə xəyanət” o həddə çatıb ki, heç kəs əmanət amacı ilə pul yatırmağa maraqlı deyil. Gerçəkdə banklar yalnız əmək haqqı, xidmət, rüsum, sosial ödəmələrdə vasitəçi rolunu oynamaqdan özgə bir şeyə yaramır. İstehlak kreditləri ikirəqəmli faizlərlə təklif edildiyindən populyar deyil, iş, biznes kreditlərindən isə heç danışmağa dəyməz. “Şapka”sından tutmuş mülkiyyətin bankın hesabına keçməsinə kimi xərclər insanları intihara sürükləməkdədir".

Məqalədə daha sonra bildirilir: "Valyuta dəyişməyə gəldikdə isə, ona da anonim əl qadağa qoyduğundan, vətəndaşlar banklara bankomat kartları vasitəsilə baxırlar. Di gəl, bu sahədə də komissiya haqları müştərilərin boğazına ortaq olub. Özü də ianələrdən , təqaüdlərdən, sosial ödəmələrdən və s. komissiya haqqı nəzərdə tutulmadığı halda, buna da əməl edilmir.

Azərbaycan Beynəlxalq Bankında hesab açdıran Qarabağ qazisinə Nizami bank filialında pulsuz verilməli karta 10 manat ödəməklə hesabına daxil olan vəsaitlərdən faiz tutulmayacağı bildirilib və son aya kimi bu şərtə əməl edilib. Lakin 8 ay qabaq PA-dan qazinin bank hesabına daxil olan vəsaitdən 100 manata yaxın komissiya haqqı tutulub. Ali dövlət hakimiyyəti orqanlarına , Mərkəzi Bankın rəhbərliyinə şikayət edən bank müştərisinə ABB-nin idarə heyətinin sədr müavini Aqşin Əmirov 02.08.2021 -ci il və Daxili nəzarət departamentinin direktoru Taleh Nəhmədov 04.08.2021-ci il tarixli eyni məzmunlu elə cavab veriblər ki, “dedığım dedığdır” yetkisi bağışlayır. ABB rəsmiləri “bildirmək istəyib ki, ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏRƏ ƏSASƏN ÖDƏNİŞ KARTLARINDAN APARILMIŞ KÖÇÜRMƏ VƏ DİGƏR KÖÇÜRMƏ VASİTƏSİLƏ ƏMƏK HAQQI, SOSİAL MÜAVİNƏT, TƏLƏBƏ TƏQAÜDÜ VƏ ABB -DƏ NAĞD VƏSAİTİN ALINMASINA GÖRƏ KOMİSYON HAQQI TUTULMAYAN KARTLARIN HESABINA DAXİL OLUNMUŞ VƏSAİTƏ GÖRƏ 0.5 % KOMİSSİYA HAQQI TƏYİN OLUNMUŞDUR”. ABB açıq-aşkar dövlətin sosial siyasətinə qarşı çıxır. Necə (yəni, ) KOMİSYON HAQQI TUTULMAYAN VƏSAİTƏ KOMİSSİYA HAQQI TƏYİN OLUNUB? Bəs İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Vergi Xidməti, ƏƏSMN, NK, MM, PA-nın özü hara baxır? Şikayəti barəsində şikayət edilən quruma göndərməklə iş bitmir axı! Bu cavab vətəndaşı, istehlakçını qane etmir, bəs dövlətin sosial-iqtisadi siyasətinə cavabdeh olan qurumlarını necə, qane edir, məmnun salır? Bu nə deməkdir, KOMİSYON HAQQ TUTULMAYAN VƏSAİTLƏRƏ BEYNƏLXALQ BANK 0.5 FAİZ KOMİSSİYA HAQQI TƏYİN EDİB? “Erməni budaq cümləsi”ndən nəsə başa düşürsünüz?

Azərbaycan Beynəlxalq Bankının və digərlərinin adi valyuta dəyişmədə də xidmətdən imtinaları faktdır. Bankların “sosial reketlik” siyasəti elə “qıcqırıb” ki, məhkəmələrlə qeyri – prosessual “sosial” ilişgiyə girib, komissiya haqqı ödəməklə məhkəmə toxunulmazlığı hüququ əldə ediblər. Bankların ianələrdən qazandıqlarını məhkəmələrə ödəməkdənsə, aztəminatlı müştərilərinə güzəşt etmələri daha məntiqli olmazmı? Biz hələ biznes -iş qurumları kimi özlərinin sosial yardım paketini demirik". (DİA.AZ)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın