Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - FOTOLAR

05, 08, 21
14:00

Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - FOTOLAR


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu bu gün qardaş Türkiyə Respublikasına yola düşüb.

Azerbaycanrealligi.com xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir.

Qeyd edək ki, yanğın-xilasetmə qrupuna daxil olan "BE-200ÇS" tipli amfibiya təyyarəsi də bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.







Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın