Dəhşətli yanğınlar Azərbycan sərhədinə çatdı - “Təəssüf ki...“

04, 08, 21
23:30

Dəhşətli yanğınlar Azərbycan sərhədinə çatdı - “Təəssüf ki...“


Türkiyədə ötən həftədən başlayan meşə yanğınları hələ də davam edir. Hazırda Aralıq dəniz hövzəsindəki digər bölgələrdə də yanğın hadisələri baş verir. Yanğınların coğrafiyası artıq qonşu İran və Azərbaycanın cənub əraziləri ilə böyüyüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Türkiyədə baş verən yanğının terror aktı olduğunu vurğulayıb:

“Bu gün dünyanın müxtəlif, fərqli yerlərində baş verən yanğınların səbəblərindən söz düşərkən, Türkiyə bir qədər istisnadır. Çünki bu yanğında terror faktoru var. Türkiyə dövlətini məhz bu üsulla zəiflətmək, iqtisadiyyatını çökdürmək istəyirlər. Terroru hazırlayanlar fəqində deyillər ki, bu, təkcə bir dövlətə deyil, bütün bəşəriyyət, ətraf mühit əleyhinə terror faktıdır”.

Ekspert Azərbaycanda da meşə yanğınlarına ciddi tədbirlərin görülməsinin vacibliyini qeyd edib:

“Hər il yay fəslində ölkəmizdə də fərqli yanğın hadisələri ilə rastlaşırıq. Azərbaycanın cənub rayonlarında hazırda yanğın davam edir. Amma Azərbaycanda meşə örtüyü bir qədər fərqlidir. Yəni etil yağı ilə zəngin meşə örtüyündən ibarət deyil. Bu da yanğının daha sürətlə yayılmasını əngəlləyən faktordur”.

İlqar Orucov Azərbaycanda baş verən yanğınlar da əsas səbəbinin insan faktoru olduğunu bildirib:

“Meşə örtüyündə havanın sərt, quraq keçməsidə yanğına səbəb ola bilər. Lakin Azərbaycandakı yanğınların səbəbi heç də havaların sərt, quraq keçməsi deyil, bəzən insan faktoru daha çox rol oynayır. Təəssüf doğurucu bir haldır. Nə qədər maarifləndirmə aparılsa da...”

Sonda ekspert əlavə edib: “Azərbaycanda meşə yanğınlarının daha geniş miqyas almasını istisna edirəm. Əvvəla, Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə sistemi çox mükəmməl işləyir. Azərbaycana ən müasir texnikalar gətirilib. Buna görə də, təhlükə halında, ciddi problem yaşamayacağıq”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın