Gülağa Tənha sadə xalqı TƏHQİR ETDİ - VİDEO

04, 08, 21
19:00

Gülağa Tənha sadə xalqı TƏHQİR ETDİ - VİDEO


Xaricdə yaşayan şair, xeyriyyəçi kimi ad çıxaran Gülağa Tənha Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Müdafiə Nazirliyində etdiyi kadr siyasətini bəyəndiyini bildirib.

Azerbaycanrealligi.com xəbər verir ki, Gülağa Tənha verdiyi açıqlamada,

“Ali baş Komandan nə edirsə, doğru edir. Mən də bu gün muxalif yönlü, 3-cü sinif təhsili olan “mantyorlara”, qəssablara, bazarda qarpız satanlara müraciət edirəm ki, hörmətli demoqoqlar cənab Prezidentin işinə qarışmayın. O özü “Nəyi?”, “Nə vaxt?” və “Necə?” etmək lazım olduğunu yaxşı bilir.” – deyib.

Bəs görəsən Gülağa müəllim niyə Azərbaycan ordusunun qazandığı böyük zəfərdən 1 il keçəndən sonra müsahibə verib?!

44 günlük müharibə dövründə o harada idi? Xaricdən diaspora dəstəyi, ordumuza maddi və mənəvi yardım lazım olan vaxt Gülağa Tənha sanki qeybə çəkilmişdi. İndi peydə olaraq, müharibə dövründə mərdlik, pandemiya dövründə birlik göstərən sadə xalqa “ağıl” verir.

Hörmətli şairimizi təkcə Vətən Müharibəsi günlərində deyil, Koronovirus pandemiyasının tuğyan etdiyi vaxtlarda, xalqımızın bir hissəsinin işsiz qalıb, bir qarın yeməyə möhtac olduğu vaxtlarda da tapa bilmədik.

Bəs həmin vaxt harada idi sizin Mesenatlığınız, xeyriyyəçiliyiniz?

Siz milyonçu olmaqla yanaşı həm də alim, şair, ziyalısınız axı.

Danışdığınız hər sözə, hər kəlməyə fikir verməlisiniz.

Vətənimiz düşmən tapdağından azad edilərkən minlərlə vətən oğlu şəhid, minlərlə övladımız qazi oldu. Bu igidlərin əksəriyyəti sizin bəyənmədiyiniz, demoqoq deyərək təhqir etdiyiniz 3-cü sinif təhsili olan “mantyorların”, qəssabların, bazarda qarpız satanların övladı idi.

İndi sabitlik, sakitlik vaxtı boğazdan yuxarı söz demək yox, iş görmək lazımdır. Əgər həqiqətən də kömək etmək istəyirsinizsə biz sizə istiqamət verərik.

Vətən Müharibəsi qazilərinin müalicəsinə, şəhidlərimizin adının əbədiləşdirilməsinə böyük ehtiyacımız var. (AzTimes.az)


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın