Birinci qrup gözdən əlil İlham Əliyevə müraciət etdi: “Balakən banditlərin əlindədir” – VİDEO

06, 07, 18
16:21

Birinci qrup gözdən əlil İlham Əliyevə müraciət etdi: “Balakən banditlərin əlindədir” – VİDEO

Azerbaycanrealligi.com  saytına açıqlama verən Balakən rayon sakini I qrup gözdən əlil təsərrüfatçı Əhməd Musa oğlu Bodulov yaşadığı Balakən rayonunun İcra Hakimiyyətinin yarıtmaz fəaliyyətindən şikayət etdi. O bildirdi ki: “Haqqsızlıqla 2010-cu ildən mənə Balakəndə yaşamağa imkan vermədilər. 2014-cü ildə Elnur Həsənovun (Balakən rayon polis rəisi) gəlməyi mənim Balakənə yolumu açdı. İşləyirəm. 2016-cı ildə cənab prezidentin tütünçülük aksiyasına mən özüm qoşuldum. Balakəndə tütünçülükdə 2 nəfər varsa, 1-i mənəm. 1996-cı ildən göy tütün verirəm. 2017-ci ildə 14 ton 965 kq quru tütün vermişəm. 2017-ci ildə mənim sahəmi göstərib 15 min 300 manat mükafatlandırıblar Heydər Əsədov (AR-ın keçmiş Kənd Təsərrüfatı naziri) tərəfindən. Sahəmi Salmanova Aynurun adından göstəriblər. O, Qullar kənd İcra nümayəndəsi Fəxrəddin Patalovun yaxın adamıdır.”

 Balakən sakini onu da qeyd edib ki, yaşadığı rayonda onun təssərrüfat fəaliyyəti aparmasına əngəllər törədilir, yaşayışına imkan vermirlər. 2009-cu ildə günahsız olaraq həbs edilmiş, “Ailə münaqişəsi” zəminində cinayət məcəlləsinin 133-cü maddəsi ilə bir ay yarım həbsə salınmışdır. Məhkəməyə çıxarılmış 14 nəfərdən 8-9 nəfərlə tanış belə deyilmiş. Hal-hazırda, yaşamağa normal bir evi yoxdur. O, bildirir ki, başına gətirilmiş bu və digər qanunsuz əməllər barəsində Balakən RİH başçısının müavini Mehparə Zahid qızı Nuriyevaya nə qədər müraciət etsə də, onun son sözü: “Hara istəyirsən, ora da get şikayət elə,” - olmuşdur və heç bir tədbir görülməmişdir. Şikayətçi bildirir ki, dəfələrlə Balakən RİH başçısının, iki dəfə də ölkənin vitse-prezidenti Mehriban Əliyevanın qəbulunda olmuşdur, dəfələrlə ölkə prezidentinə məktubla müraciət etmişdir. Bu müraciətlərin nəticəsində Balakən RİH-ə məktublar göndərilmiş ki, baxılsın. Lakin heç bir nəticə yoxdur

1-qrup əlillik vəsiqəsi
Əhməd Musa oğlu Bodulov məşğul olduğu təsərrüfat işləri barəsində qeyd etdi ki: “Ən axırıncı dəfə 160 qram barama qurdu götürdüm. Qohumla, xalaoğlumla yığışıb baxırdıq. 60 qrama 160 kq, 100 qrama 120 kq verdim. 100 qram qurdumdan qurd şəklində oğurladılar. Gəlib yalandan akt yazdılar ki, guya ki, xəstəlik tutublar. Amma qurd qırılmayıb, hamısı barama sarıyıb. 160 qram qurddan mən minimum 400-420 kq barama verməliydim. Ancaq təzyiqlər... Balakən İcra başçısı isə deyir ki, sən “vsemirni demaqoq”san. Mən kimə neynirəm, gözdən I qrup əliləm, ancaq fikirləşirəm ki, dövlətin inkişafına özüm bacarandan mən də dövlət üçün dəstək olum. Təsəvvür edin, 2017-ci ildə 2 hektar yerimi traktor salıb içində tütün ola-ola məhv etdilər. Sonra Gərəkli kəndində 2017-ci ildə tütün əkilən yerə arpa, buğda əkiblər. Halbuki, cənab prezident 2016-cı ildə fərman verdi ki, tütün əkilən yerlər bir daha əkilməsin. Mən bunu deyirəm, mənim bunu sübut etməyə imkanlarım var. Mən xahiş edirəm ki, cənab prezident məni qəbul etsin.

 Çox arzulayıram, cənab prezidentin qəbulunda olum. Balakəndə elə bir vəziyyətdir ki, qrup şəklində birləşiblər. Balakən banditlərin əlindədir”.      Azerbaycanrealligi.com saytı Balakənli təsərrüfatçı Əhməd Musa oğlu Bodulovla  müsahibəni tam variantda təqdim edir


Daha ətrafli video muraciətdə


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın