Məni yol polisi saxlayanda heç kimə zəng etmirəm - Rəqqasə Renka - VİDEO

14, 07, 21
22:00

Məni yol polisi saxlayanda heç kimə zəng etmirəm - Rəqqasə Renka - VİDEO


Bu həftə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan «Qaydalar hamı üçündür»ün qonağı rəqqasə Renka kimi tanınan Rəna Ağamuradova oldu. Kişi sürücülərdən ürəyi dolu olan Renka elə sükan arxasına əyləşən kimi onlardan şikayətləndi. O, bildirir ki, yollarda tez – tez kişi sürücülərinə görə çətinlik yaşayır, onu sıxışdırmağa çalışdıqları üçün avtomobillə qəza törətməkdən qorxur. Bundan başqa ölkəmizdə xanım sürücülərə naşı kimi baxılması, onların avtomobil idarə edərkən tənqidlərə tuş gəlməsi də məhşur rəqqasəni narahat edir:
undefined
«Qadın sürücü görən kimi elə düşünürlər ki, Allah bilir, buna maşını kim alıb, ya da deyirlər, xanımdır, yüz faiz pis sürür».

Yolu keçmək istəyən piyadaların özlərini yola atması bütün sürücülərin qorxulu yuxusuna çevrilib. Elə piyadalarla olan qəzaların çoxu da bu zaman yaşanır, ya sürücü saxlaya bilməyib piyadanı vurur, ya da onu vurmamaq üçün qəzaya səbəb olur. Renka da bu məslədən çox narahatdır: «O boyda gözəl keçidlər tikilib, bilirəm, bəlkə çətin gəlir pilləkənləri qalxıb-düşmək, amma həyatınızı təhlükəyə atmaqdan yaxşıdır».
undefined
Yol polisi ilə arası yaxşı olan Renka, buna baxmayaraq dostluqlarından sui-istifadə etmədiyini də dilə gətirir:

«Mən yol polislərinin çoxunu tanıyıram, məclislərində oynamışam, amma heç zaman yolda cərimə edəndə zəng edib demirəm ki, tapşır, mənə cərimə yazmasın. Çünki bu, gülməlidir».

Bir müddət əvvəl atasını itirən Renka təcili yardım maşınının ardınca avtomobilini idarə edərkən sürət həddini aşmasından danışarkən bildirir ki, məhz buna görə bərk sürən sürücü görəndə kiminsə harasa tələsdiyini düşünür.
undefined
Amma çox təəssüf ki, bu hər zaman belə deyil. Səbəbsizcəsinə sürətli avtomobil idarə edənlər həm özlərini, həm də ətrafdakı piyadaları, sürücüləri təhlükə ilə üz-üzə qoyur. Vətəndaşlarımız isə məsələyə həssas yanaşaraq kiminsə harasa tələsdiyini düşünərək belələrinə haqq qazandırır.

Yaşadığı travmadan sonra təcili yardım maşını görən kimi ona yol verən rəqqasə buna nümunə olaraq Avropa ölkələrini göstərib:

«Xarici ölkələrdə təcili yardımı görən kimi hamı yoldan tez kənara çıxır ki, o, keçsin. Bizdə bu, yoxdur».
undefined
Sonda Renka xanım sürücülərə ürəkli olmalarını, kişi sürücülərdən isə xanımları başa düşmələrini istəyərək hər kəsə uğurlu yol arzulayıb.
Buyurun izləyin.


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın