Xətainin icra başçısından daha bir ÖZBAŞINALIQ: Yəqin bunu durduran tapılacaq - VİDEO

06, 07, 21
12:00

Xətainin icra başçısından daha bir ÖZBAŞINALIQ: Yəqin bunu durduran tapılacaq - VİDEO


"Azərişıq" ASC-nin göz görəsi daha bir özbaşınalığına dur deyən yoxdur. Qurumun dolayı razılığı ilə (passiv hərəkətsizlik-red) paytaxt Bakıdakı yüksəkgərginlikli elektrik naqillərinin düz altında, qorunma zolağını əhatə edən sahələrdə kütləvi şəkildə qanunsuz evlər və mağazalar tikilir.

Azerbaycanrealligi.com xəbər verir ki, "Demokratik.Az" müzakirəyə və araşdırmaya çıxardığı bu hal üzrə silsilə olaraq Bakıdan və digər şəhər və rayonlarımızdan ciddi faktları təqdim etməyi planlaşdırır. Hələlik, Xətai Rayonu Köhnə Günəşli qəsəbəsinin sakinlərinin müraciəti əsasında İnqilab ismalyılov küçəsindəki, "Bizim Market"in, "Mərasim Evi"nin qarşısındakı faktı şərhsiz təqdim edirik.

Videomaterialdan və fotolardan aydın olur ki, yolkənarı ərazilər yüksəkkərginlikli elektrik naqilləri, elektrik dirəkləri nəzərə alınmadan sənədsiz şərtlərlə hər sotu 5-10 min, bəzən daha baha qiymətə ayrı-ayrı vətəndaşlara satılır.

Sizcə, "Azərişıq" niyə görməzlikdən gəlir, qanunsuz tikililərə şərait yaratmaqla vəzifə öhdəlikləri olan "Elektrik Qurğularının İstismarında Təhlükəsizlik Texnikası Qaydaları"nı qorunma zolaqlarında tətbiq etmir? Bəlkə ərazi icra nümayəndələrinin və digər işbazların əlilə satılan yerlərə onlar da şərikdir? 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın