Azərbaycanlı həkim 12 yaşlı uşağın həyatını xilas etdi - VİDEO

26, 06, 21
11:07

Azərbaycanlı həkim 12 yaşlı uşağın həyatını xilas etdi - VİDEO


Türkiyədə, ürəyinə 13 santimetr dəmir girən 12 yaşlı uşağı xəstəxanaya çatdırarkən yolda ürəyi dayanıb, azərbaycanlı doktor Sarxan Hasanovun xəstəxananın korridorunda elə xərəkdəcə dərhal müdaxiləsi ilə möcüzəvi şəkildə uşaq həyata dönüb, daha sonra təcili əməliyyatla onun həyatını xilas edə biliblər.  

Həkimin cəsarətli hərəkəti xəstəxana kameralarına da düşüb, əməliyyatdan bir həftə sonra reanimasiyada qalan uşağın vəziyyəti yaxşıdır. Valideynləri başda Sərxan Həsənov olmaqla bütün həkim heyətinə təşəkkürünü bildiriblər.  

Qürur və fəxarət hissi ilə yanaşı, əslində içimdə qübar hissi də var, kaşki Sərxan Azərbaycanda fəaliyyət göstərərdi, kaşki Sərxankimilərin dəyəri vətənində də yüksək qiymətləndirilərdi.


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın