SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov şəhid övladına qarşı trol hücumu təşkil etdirir

17, 06, 21
09:00

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov şəhid övladına qarşı trol hücumu təşkil etdirir


SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov Sozcu.az saytının və "“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri əslən Kəlbəcər rayonundan olan Elşən Əlsoya (Məmmədov) qarşı məhkəmə iddiası qaldırıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148 - çi maddəsi ilə xüsusi ittiham qaydası ilə qaldırılan məhkəmə iddiasında Elşən Əlisoya məxsus olmayan bir xəbər portalında Mikayıl İsmayılov haqda dərc edilən yazıya: 

"Bu qədər sərvəti neynir bunlar ilahi... Mikayıl İsmayılov SOCAR -ın 12 vitse-prezidentindən biridir. Mən buna vəhşilik və acgözlük deyirəm",-   başlıq yazıb paylaşması əsas göstərilir. 

Hər gün müxtəlif xəbər saytlarında Azərbaycan Respublikasının Prezidenti haqda müxtəlif başlıqlarla yazılar yazılmasına baxmayaraq, biz bir dəfə də olsun prezidentin hansısa bir jurnalisti və yaxud mətbuat orqanını məhkəməyə verdiyini eşitməmişik.  Belə olan halda: "bizim yolumuz prezidentin siyasi kursudur",- deyən məmurların, o cümlədən Mikayıl İsmayılovun  adi bir söz üçün jurnalisti məhkəməyə verməsi necə başa düşülməlidir? Bunlar: "Yolumuz Prezidentin siyasi kursudur", - dedikdə hansı prezidenti nəzərdə tuturlar? 

Elşən Əlisoy

Elşən Əlisoy ölkənin tanınmış saytlarından biri olan Sozcu.az xəbər portalının rəhbəri, tanınmış jurnalist  olmaqla yanaşı, həm də ölkənin ictimai proseslərində fəal iştirak edən vətənpərvər bir insandır. Təbii ki, Elşən Əlisoya qarşı ictimaət səssiz qalmayacaq. 

Artıq ölkənin bir çox ictimai-siyasi xadimləri , media orqanları, hüquq müdafiə təşkilatları Elşən Əlisoya dəstəklərini ifadə ediblər. Bu dəstəkdən sonra Mikayıl İsmayılova bağlı olan adamlar Elşən Əlisoy haqda xəbər dərc edən Reallıq.Tv "youtube" kanalın şərh hissəsində onun rəhbəri olduğu Sozcu.az saytı və şəxsinə qarşı təhdid dolu mesajlar yazmağa  başlayıblar. 

Sözü gedən videoya aşağıdakı linkə daxil olmaqla, şərh bölümündə yazılan təhdid və qeyri -etik ifadələrlə tanış ola bilərsiniz

Mikayıl İsmayılova dəstək məqsədi ilə açılan saxta feysbuk səhifələrində jurnalisti təhqir edir, onu provakasiyaya çəkməyə cəhdlər edirlər.  Hətta, bəziləri daha irəli gedərək, Elşən Əlisoyun məcburi köçkün kimi məskunlaşdığı Ağsu rayon sakinlərinə sosial şəbəkə üzərindən müraciət edirlər. Bəyəm o boyda SOCAR-ın vitse-prezidenti vətəndaş qarşıdurması yaratmağın hansı nəticələr törədə biləcəyini və bu cür vətəndaş qarşıdurmalarının dövlətimizə hansı ziyanları vuracağını bilmir? Təbii ki, bilməmiş olmaz... 

Biz, Azerbaycanrealligi.com saytı olaraq, adi bir sual dolu fikirə görə jurnalistin məhkəməyə vermsini qəti şəkildə pisləyir və Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları nümayəndələrini Elşən Əlisoya dəstək olmağa çağırırıq. 

Mikayıl İsmayılov

Xatırladaq ki, Elşən Əlisoyun atası Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.  Elşən Əlisoy  Qarabağ savaşında daimi cəbhə bölgəsində olaraq,  informasiya savaşında iştirak edib və cəbhə bğlgəsinə edilən yardımların əsas təşkilatçılarından biri olubdur. 

Əldə etdiyimiz məlumata görə, Mikayıl İsmayılov jurnalistə qarşı daha bir iddia - mülki iddia qaldıraraq 100 min manat məbləğində mənəvi təzminat istəyir

Adı çekilən qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın