Mingəçevirdə yenə yanğın olub - Yenilənib +Video

05, 07, 18
15:14

Mingəçevirdə yenə yanğın olub - Yenilənib +Video

Mingəçevirdə yenə yanğın olub - Yenilənib +Video


Mingəçevirdə yerləşən Azərbaycan İES-də bu gün səhər saatlarında lokal miqyaslı yanğın hadisəsi baş verib. 
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər. 
Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.  
***
FHN də yanğınla bağlı açıqlama yayıb. Bildirilir ki, saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.
Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Bizimlə əlaqə saxlayın