“Optimal Electronics” şəhid ailəsini məhkəmə ilə hədələyir: “650 manat…” – İDDİA

09, 06, 21
15:00

“Optimal Electronics” şəhid ailəsini məhkəmə ilə hədələyir: “650 manat…” – İDDİA


Optimal Electronics mağaza şəbəkəsi borcumuz olmadığı halda bizi məhkəmə ilə hədələyir. 

997-ci ildə yaradılan, ölkəmizdə «Bosch», “Toshıba”, “Simfer”, “Carrier”, “Sınger” və «Eksen» brendlərinin rəsmi distribyutoru olan “Optimal Electronics” Mağazalar Şəbəkəsinin fəaliyyəti müştəriləri qane etmir. Belə ki, orada satılan məhsulların keyfiyyəti istehlakçıları razı salmır. Deyilənlərə görə, vətəndaşların kreditlə aldıqları məhsulların əksəriyyəti evə aparandan sonra xarab çıxır. Bu hal bir neçə müştərinin başına gəlib. Belə olan zaman sözügedən mağazanın rəhbərliyilə müştəri arasında problemlər yaşanır. Çünki rəhbərlik defekt malı dəyişmək istəmir. Təmir edərək müştəriyə qaytarmaq istəyir. Bu isə qanunsuz hesab olunur.

Bu barədə Azerbaycanrealligi.com-a Yevlax rayon sakini İsmayılov Taleh Məmməd oğlu məlumat verib.

Onun sözlərinə görə, bir il bundan öncə Optimal Electronics mağazalar şəbəkəsinin Yevlax rayonundakı filialından kreditlə soyuducu və televizor götürmüşəm. Məhsulları götürdüyüm vaxtdan bir həftə keçməmiş soyuducu xarab çıxdı. Və dərhal mağazaya yaxınlaşdım, məhsulun keyfiyyətsiz olduğunu bildirdim. Onlarda öz növbələrində məhsulu incələyəndən sonra yenisi ilə əvəz etdilər. Daha sonra mağazadan aldığım “SONY” şirkətinə məxsus televizorda nasazlıq aşkarlandı. Yenə eyni qayda ilə mağazanın əməkdaşlarını dəvət etdim evə. Gəlib baxdılar və dedilər ki, məhsulda nöqsan var, servisə aparılmalıdır. Televizor bir ay servisdə düzəlib yenidən mənə qaytarıldı. Bir müddət sonra şirkətin xarab məhsulu yenidən xarab oldu. Bu dəfə də mağazaya müraciət etdim. Yenə servisə apardılar. O gündən bu günə kimi televizor (2020-ci ilin sentyabr ayından) şirkətin anbarındadır. İndiyə qədər televizora 550 manat ödəniş etmişəm. Soyuducuya isə 550 manat borcum qalıb. Mağazanın rəhbərliyinə və şirkətin qaynarın xəttinə dəfələrlə demişəm ki, sizdən aldığım soyuducuya olan 550 manat borcumu sizdən aldığım tekevizora ödədiyim 550 manatla əvəz edin. Lakin mənim bu təklifimi nəzərə almayan Optimal şirkəti məni məhkəmə ilə hədələyir. Hələ üstəlik 550 manat borcumun əvəzinə 650 manat hesablayırlar. Hansı əsasla 650 manat olduğunu şirkət belə açıqlama verə bilmir. Sadəcə məhkəmə ilə hədələyir. Xahiş edirəm sizdən müraciətimi ictimailəşdirin – deyə Yevlax sakini bildirib.

KanalS.az olaraq Optimal Electronics mağaza şəbəkəsinin qaynar xətt nömrəsi (+99412954) ilə əlaqə saxladıq. Operator xanım suallarımız üçün müraciətimizi yönləndiriləcəyini bildirdi.

Mətbuatda yazılan məlumata görə, şirkətin sahibi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bacısının əridir.

Xatırladaq ki, bir müddət öncə daha bir məhşur şirkət, “Kontankt Home” mağazlar şəbəkəsi də şəhid ailəsinə qarşı hörmətsizlik edərək, şəhid ailəsinin evindən şəhidin yatdığı çarpayı ilə gündəmə gəlmişdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Qeyd edək ki, İsmayılov Taleh Məmməd oğlu 1-ci Qarabağ müharibəsində şəhid olmuş İsmayılov Saleh Məmməd oğlunun qardaşıdır.

 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın