Metro işə başladı: ödənişsiz daşınma ləğv edilir? – Rəsmi

04, 07, 18
16:07

Metro işə başladı: ödənişsiz daşınma ləğv edilir? – Rəsmi

Metro işə başladı: ödənişsiz daşınma ləğv edilir? – Rəsmi


Metroda gediş-gəlişin bərpa olunmasına baxmayaraq, marşrutların ödənişsiz fəaliyyəti davam edir.
Bu sözləri Axar.az-a Bakı Nəqliyyat Agnetliyinin mətbuat katibi Mais Ağayev marşrutların pulsuz fəaliyyəti haqda danışarkən deyib. O bildirib ki, marşrut xətləri üzrə xüsusi rejim hələ də davam edir:
“Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək. Hər hansı dəyişiklik olduğu halda əlavə məlumat veriləcək”.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Bakı Metropoliteni test rejimində fəaliyyət göstərdiyindən səhər saatlarından paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərib və sərnişinlərin daşınması ödənişsiz həyata keçirilib.
Bakı metrosu 13:10 radələrindən başlayaraq, artıq sərnişinlərin danışmasını həyata keçirir və normal fəaliyyətini bərpa edib.

Bizimlə əlaqə saxlayın